Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Surət Hüseynovun bıçaqlanan mühafizəçisinin dəhşətli görüntüləri yayıldı - 18+ - VİDEO

Sabiq baş nazir Surət Hüseynovun cangüdəni olmuş Polad Məmmədovun bıçaqlandıqdan sonra çəkilən görüntüləri ortaya çıxıb.

 Məmmədov 6 bıçaq zərbəsi alıb.O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, azərbaycanlı qonaqlardan biri Polad Məmmədovla mübahisə edib. Daha sonra onlar mübahisəni davam etdirmək üçün restoranın yaxınlığındakı parka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədova 6 bıçaq zərbəsi vurub. Polad Məmmədovun vəziyyəti stabil ağır olaraq qalır.

Cinayəti törədilən şəxs saxlanılıb. Hadisə ilə bağlı mühacir Elman Mustafazadə öz Facebook səhifəsində olduqca maraqlı status yayzıb, bıçaqlanan P. Məmmədovun özü ilə bərabər fotosunu və bıçaqlandıqdan dərhal sonrakı qanlı videsunu paylaşıb. Elman Mustafazadə yazır ki, Polad onun yaxın dostu və əksər mühacirlərin arxa -dayağı olub. Hazırda Polad Məmmədovun səhhətinin yaşamasına ümid verdiyini qeyd edən E.Mustafazadə cinayəti bir narkomanın törətdiyini söyləyib. Hadisə ötən gün baş verib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...