Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qəbiristanlıqda bıçaqlanan gənc, yaralı vəziyyətdə yola çıxdı - YASAMALDA

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, 1999-cü il təvəllüdlü Xaliqzadə Elvin Rasim oğlu Z.Kərimov küçəsində yerləşən qəbiristanlıq ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisədən sonra o, özü yaralı vəziyyətdə yola çıxaraq avtomobillərə əl edib və kömək istəyib. E.Xaliqzadə maşınlardan biri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Həkimlər çoxlu qan itirən yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...