Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəmkirdə çoban fermada yanıb ölüb

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın olub.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib.

Fermada 12 kvm. sahədə yanar konstruksiyalar yanıb.

Yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...