Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

40 günlük əzab - arvadının ölümünə dözmədi, məktub yazıb özünü vurdu

Türkiyənin Kastamonu rayonunda 40 gün öncə həyat yoldaşını itirən 36 yaşlı Rəcəb Civek intihar edib.

Əldə edilən məlumata görə, Rəcəbin həyat yoldaşı 40 gün əvvəl tutulduğu xəstəlikdən dünyasını dəyişibmiş.

Mynews.az-ın verdiyi məlumata görə, Milli.Az haberler-ə istinadən xəbər verir ki, yoldaşının ölümündən sonra Subaşı kəndində bir fermada yerləşən evdə kirayə yaşamağa başlayan Rəcəb Civek burada heyvan saxlamağa başlayıb.

Yoldaşının yoxluğunu qəbul edə bilməyən Rəcəb ölümünün 40-cı günü evdə tək olduğu vaxtda xanımına olan həsrətini dilə gətirdiyi bir məktub yazaraq ov tüfəngi ilə qarın nahiyəsindən vuraraq intihar edib.

Rəcəbin cəsədini qohumları aşkar edib.

Hadisə ilə əlaqədar istintaq davam edir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...