Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Lotu Quli”nin yeznəsinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeznəsi olan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hökm oxunub.

Dövlət ittihamçısı çıxış edərək V.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə kollegiyasının hökmü ilə V.Hüseynova 1 il 6 ay cəza verilib.

Qeyd edək ki, V.Hüsyenovun üzərindən 12,360 qram heroin aşkar edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...