Bağırsaq xərçəngindən necə qorunmaq olar?
Daimi olaraq 40 yaşdan etibarən müayinədən keçmək faydalıdır. Keçmişdə 50 yaşdan sonra nizamlı olaraq təklif edilən kolonoskopi analizləri, 45 yaşdan sonra bağırsaq xərçəngi riski başlaması səbəbi ilə bir çox Amerika təşkilatı tərəfindən 40 yaşdan sonra edilməyə başlanmışdır.
Bəs bağırsaq xərçəngindən necə qorunmaq olar?
Mynews.az deyerler.org-a istinadən bildirir ki, qıdalanmada bol miqdarda paxlalılar, tərəvəz, meyvə, süd və sarımsaq istehlak edilməsi, həddindən artıq yağlı qidaların məhdudlaşdırılması və qırmızı ət istehlakının ən çox bir ovuc böyüklüyünə qədər məhdudlaşdırılması, bağırsaq xərçəngindən qorunmada çox əhəmiyyətlidir.
Tərəvəz, meyvə və lifli qidaların istehlakının azalması ilə birlikdə, bağırsaq xərçəngi riskinin artdığı məlumdur. 2006-cı ildə Fransada 67312 insan üzərində həyata keçirilən araşdırmada qırmızı ətdən zəngin tip pəhrizlə qidalanan və spirtli içki istehlak edən kəslərdə, bağırsaq xərçəngi riskinin artdığı müəyyən olunmuşdur. Bir çox araşdırmada ifadə edildiyi kimi, bağırsaq xərçənginin 50% əsas səbəbi pəhriz və həyat şəklinin düzgün qurulmadığı olunduğundan, alınacaq tədbirlər daha da əhəmiyyətli hala gəlmişdir.
Bağırsaq xərçəngindən qorunmanın digər yolu bağırsaqda iştirak edən faydalı bakteriyaları artıraraq, ağartı məhsullarının istehlak edilməsidir.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 980 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 946 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 936 dəfə oxunub