Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xərçəngin müalicəsi üçün istifadə edilən canlı - PANQOLİN...

Dünyada adını eşitmədimiz bir çox canlı var. 

Bunlardan biri də panqolindir. Çox qəribə görünüşə malik olan panqolinin bədəni balıq kimi pullarla örtülüdür. Bəs hansı bölgədə yaşayır bu heyvanlar və nə kimi xeyri var?

Panqolinin yapışqan  dili 300 santimetr uzunluğundadır. Yapışqan dilini digər canlıların yuvasına salaraq onların yumurtasını çətinlik çəkmədən çıxardıb yeyir. Panqolinlərin Asiyada dörd və həmçinin Afrikada dörd növü mövcuddur. Ümumilikdə səkkiz növü mövcuddur. Bir neçə panqolin növünün isə nəsli tükənmək üzrədir. Bu canlıların boyu 30-100 santimetr arasında dəyişir. Panqolinlər ağacların gövdələrinin içində ya da qazdıqları çuxurlarda yaşayırlar.

Çin təbabətində xərçəng xəstəliyinin müalicəsi üçün istifadə olunur. Çində bu yaxınlarda 3.1 ton panqolin pulu əldə edilib. Bu da 7500 panqolinin öldürülməsi deməkdir. Çində 1klo panqolin pulu 5 min yuan yəni 700 dollar qiymətinə satılır. Çində panqolinlərin ovlanması qadağan edilsə də, bu elə də əhəmiyyət kəsb etmir. Panqolinlərin ovlanması onların nəsillərinin tükənməsinə gətirib çıxarır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...