Poliklinikalar pullu xidmət göstərə biləcək
Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olacaq.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
Publik hüquqi şəxs kimi tibb müəssisələrinin pullu xidmət göstərmək imkanlarının olacağını açıqlayan E.Əzizov hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlərin aparıldığını açıqlayıb: "Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir. Amma bu, ilkin mərhələdir. Yerli poliklinikalar da publik hüquqi şəxs olacaqlar. Bu iş tədricən həyata keçiriləcək".
Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir:
"NK "Pullu xidmət növləri"ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyəti yəqin ki, Tarif Şurasına veriləcək. Qiymətlər müəyyənləşdirildikdən sonra müəssisə pullu xidmət göstərə biləcək. Yəqin ki, harada yerləşməsindən asılı olmayaraq, bütün tibb müəssisələri üçün eyni xidmətə görə vahid qiymət tətbiq ediləcək".
Qeyd edək ki, E.Əzizov Trend-ə daha əvvəl verdiyi açıqlamasında bildirib ki, dövlət tibb müəssisələrində tibbi xidmətlərin pullu olması həm də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır: "Bu xidmətlər pullu olduqda artıq onun qiymətini xəstə deyil, sığorta şirkəti ödəyəcək. Təbii ki, pul keçiriləndə də artıq bu, rəsmi olacaq, pul əldən-ələ verilməyəcək".
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 942 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 915 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 907 dəfə oxunub