SOS: Bu şokaladları YEMƏYİN - Ölümcül bakteriya TAPILDI
ABŞ-ın şokolad nəhəngi sayılan Marsın məhsullarında ölümcül salmonella bakteriyası tapılıb.
Mynews.az RePost.Az-a istinadən xəbər verir ki, Firma İngiltərə və İrlandiyada satılan "Galaxy Teaser bar", "Counters və Minstrels" məhsullarını geri çağırıb. Bu qərarın verilməsinə səbəb Mars səlahiyyətlilərinin cümə axşamı Londonun şimal-qərbində yerləşən Sloughdaki laboratoriyada istifadə tarixi 2018-ci ilin may ayına qədər olan paketlərində ölümcül salmonella bakteriyası aşkarlanması olub. Firma müştərilərinə sözügedən məhsullarla bağlı xəbərdarlıq edib. Səlahiyyətlilər deyiblər ki, bu məhsulların hansı tarixdən satışa çıxarıldığını bilmirlər.
Qeyd edək ki, Mars bir neçə ay əvvəl də ehtiyat tədbirləri məqsədi ilə 55 ölkədə satılan bəzi məhsullarını geri çağırmışdı.
Salmonella nədir?
Salmonella qida zəhərlənmələrinin ən məşhur səbəblərindən biri olan bir qrup bakteriyanın adıdır. Salmonella bakteriyasının səbəb olduğu infeksiya yüksək səviyyədə ishal, qızdırma, titrəmə, abdominal narahatlıq və qusmağa səbəb olur. İnfeksiya tədbir alınmaması vəziyyətində uşaq, yaşlılar və immunitet sistemi zəif insanlar üçün ölümcül nəticələr doğura bilər.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 917 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 600 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 591 dəfə oxunub