Daimi yorğunluğun - 5 TƏHLÜKƏLİ SƏBƏBİ
Yorğunluq ağır fiziki və ya əqli fəaliyyətdən sonra əmələ gələrsə, bu tam normal haldır.
Lakin bəzən insan hiss edir ki, yorğunluq səbəbsiz əmələ gəlir və hətta uzunmüddətli istirahətdən sonra keçmir. Bu təhlükəli simptomdur.
Daimi “səbəbsiz” yorğunluq bəzi ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər. Bu xəstəliklər arasında:
– Qalxanvari vəzi xəstəlikləri. Qalxanvari vəzi bütün orqan və sistemlərin fəaliyyəti üçün vacib olan hormonları ifraz edir. Bu səbəbdən bu vəzi “orqanizmin dirijoru” adlandırırlar. Bəzən müxtəlif səbəblərə görə qalxanvari vəzinin fəaliyyəti zəifləyir ki, nəticədə vəz daha az hormonlar ifraz edir. Bu hal tibdə “hipotireoz” adlandırılır. Hipotireozdan əziyyət çəkən insanın çəkisi “səbəsiz” artır, insan tez-tez üşüyür, zəif, halsız, yuxulu olur. Belə insanlar özünü daim yorğun hiss edir.
– Xroniki yorğunluq sindromu. Adətən bu sindrom böyük şəhərlərdə yaşayan və çox aktiv həyat tərzi olan insanlarda inkişaf edir. Mütəxəssislərin fikrinə görə, bu sindromun səbəbi ağır əqli və fiziki yükləmələrdir.
– Anemiya (qanazlığı). Qanazlığının simptomlarından biri daimi yorğunluqdur.
– Ürək xəstəlikləri. Adi işləri icra etməkdə əziyyət çəkir, tez yorulursunuzsa, bu ürək xəstəliyinin simptomu ola bilər.
– Qaraciyər xəstəlikləri. Qaraciyəri “lal” orqan adlandırırlar. Bu orqanda olan xəstəlik uzun müddət ərzində demək olar simptomsuz inkişaf edə bilər. Diqqət! Daimi səbəbsiz yorğunluq qaraciyərdə pozulmanın inkişafına işarə edə bilər.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub