Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

1 xörək qaşığı sirkə, dəvə südü, çiy sarımsaq... - Ölümdən başqa hər şeyə çarə var

Quran və hədislərdə adı keçən bir çox qidalar var ki, onların sağlamlığımıza verə biləcəyi faydalardan xəbərsizik. Oxuyarkən üstündən ötüb keçdiyimiz bu qidalar əslində bir çox xəstəliklərin sağalmasında və ya öncədən qarşısının alınmasında böyük rol oynayır.

Məsələn ayə və hədislərdə balın, əncirin, zeytunun, qara çörəkotunun, ud hindinin sağlamlığa böyük faydasından söz açılır.

Azərbaycan Tibb Universitetinin İctimai Sağlamlıq və Səhiyyə Təşkili Kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Kamran Babayev A24.Az-a  müsahibəsində həmin qidalardan danışıb.

 

Bildirib  ki, hədislərin birində buyrulur ki, “Sirkə nə gözəl qatıqdır”. Çünki qanda şəkər və insulin miqdarını normal saxlamaq üçün sirkə önəmlidir.

“O cümlədən saç kəpəyinə, səpkilərə, göbələk xəstəliyinə, xolesterin səviyyəsinə, varikozlara qarşı sirkənin tətbiqi faydası var. Gün ərzində 1 xörək qaşığı sirkəni 200 ml suya qarışdırıb içmək şəkər xəstəliyində effektlidir”.

Bundan başqa, mərcimək və yemişi peyğəmbərlər hər zaman tərif edib və heyvanın köksdəki bəlğəmi təmizlədiyini, ürəyə qüvvət verdiyini deyiblər. Eyni zamanda heyvanı hamilə qadın yeyərsə uşağı gözəl olar kimi deyimlər də var.

Kamran Babayev digər qidaların da faydalılıq dərəcələrindən söz açıb.

Yumurta- bu qida bədən zəifliyini aradan qaldırır. Bədəni qüvvətləndirir

 

Əncir– babasili aradan qaldırır, bağırsaqları yumşaldır. Kim ürəyinin sağlam çalışmasını istəyirsə, əncir yeməyə davam etsin

Nar- Pərdəsi ilə birgə yeyildikdə mədəni təmizləyir

İnək südü– şəfa yağı, dərdlərə dərmandır

Qara zirə və ya çörəkotu – çörəkotu ölümdən başqa hər dərdə dəvadır

Balqabaq – balqabaq və arpa peyğəmbərlərin  yeməyidir. Balqabaq yemək damağı qüvvətlədirir, ağlı dərinləşdirir

Dəvə südü – otlayan dəvənin südü əsəb pozulması üçün çarədir

Yemiş – yeməkdən öncə yeyilmiş yemiş qanı yandırar, xəstəlikləri aparar

Kəvər – Peyğəmbərimiz babasil xəstəliyi olan İbn Abbasa kəvər çiçəklərini yığıb döyməyi, sonra sulandırıb içməyi məsləhət görmüşdü

Cəfəri – yatmazdan əvvəl cəfəri yemək yuxunu dərinləşdirir

Üzüm –yorğunluğu aparır, sinirləri qüvvətləndirir, öskürəyi aradan qaldırır. Bir insan gündə 21 ədəd quru qara üzüm yesə vücudunda xoşlamadığı bir şey qalmaz

Zəmzəm suyu – Zəmzəm suyu hansı niyyətlə içilərsə onun üçündür. Əgər şəfa tapmaq niyyətilə içilərsə şəfa verər, susuzluğu aparmaq üçün içilərsə susuzluğu aparar, aclığı aparmaq üçün içilərsə doyurar. Çünki o su Allahın (c.c)  həzrəti İsmailə içirtdiyi  və həzrəti Cəbrailin ayağı ilə qazıb çıxardığı mübarək bir sudur.

Zeytun yağı – ağciyərinə su yığılanlara peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) zeytun yağı içməyi və ardıcdan istifadə etməyi məsləhət görüb. Başqa bir hədisdə plevrit zamanı zeytun yağı ilə udi hindini məsləhət edib. Zeytun yağını için və bədəninizi yağlayın, çünki zeytun  mübarək bir ağacdır

Xına –Saçları parladır, möhkəmləndirir, insan bədəninə qüvvət verir. Ayağımız ağrıyır deyənlərə xına qoy, deyə, buyrulub

Xardal – Allah (c.c) onu hər dərdə şəfa qılıb

Sarımsaq – Buyrulub ki, çiy sarımsaq yeyin, əgər mən həzrəti Cəbrayılla görüşməsəydim, mən də yeyərdim. Sarımsaq 70 dərdə dərmandır

Yovşan – evlərinizi bu bitkini  yandıraraq tüstülədin

Düyü – yerdə bitən hər bir şeydə şəfa və zəhər var. Lakin düyüdə yalnız şəfa var.

Qurani Kərimin Tin surəsində əncirlə zeytunun birgə adı çəkilir.Bu müasir elmi tədqiqatlarla açıqlanıb. Yapon alimlərinin  apardıqları araşdırmalar zamanı məlum olub ki, zeytunla əncirin birlikdə yeyilməsində fayda var. Xüsusilə 7 ədəd zeytun və 1 əncir yeməyin daha çox faydalı olduğu sübut olunub. Babasildə, Alzhaymer xəstəliyində, xolesterinin nizamlanmasında, mineral çatışmazlığında, allergiyalarda bu bitkilərin birgə istifadəsi müalicə və profilaktika baxımından əhəmiyyətlidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...