Ürəyinizin sağlam olması üçün alça yeyin - HƏKİM MƏSLƏHƏTİ
Mütəxəssis dietoloq Şengül Talak alçanın faydalarından danışıb.
Mynews.az xəbər verir ki, 100 qramı təxminən 50 kalori olan alça insan sağlamlığı üçün vacib vitamin və minerallarla zəngindir. İmmunitet sistemini gücləndirir. Alça adətən antioksidant qaynağı olan C vitamini ilə zəngindir. Təzə alça eyni zamanda, A vitamini və beta karotenlə zəngindir. A vitamini görmə qabiliyyətini gücləndirən, sağlam dəri və selik ifrazı üçün vacib vitamindir. Aparılan son araşdırmalar A vitamini ilə zəngin qidaların ağciyər və ağız xərçənginə qarşı qoruyucu təsiri olduğunu ortaya qoyub.
Dietoloq Şengül Talak deyib: “Alçanın tərkibində kalium, dəmir kimi minerallar var. Dəmir qırmızı qan hüceyrələrinin əmələ gəlməsi, yenilənməsi üçün vacibdir. Kalium isə ürək döyüntüsü və qan təzyiqini normallaşdırır”.
Həkim orqanizm üçün faydalı alçalı soyuq çayın hazırlanma qaydasını təqdim edib:
Tərkibi:
2 yemək qaşığı bal
12 ədəd alça (dilimlənmiş)
4 stəkan su
4 yaşıl çay paketi
Buz
Nanə yarpağı
Hazırlanması:
Qabın içərisinə yarım stəkan su və alçanın yarısını əlavə edib 10 dəqiqə ocaqda bişirin. Qarışığı ocaqdan alıb soyuması üçün gözləyin. Qalan üç stəkan yarım suyu başqa qabda qaynadın və içərisinə yaşıl çay paketlərini 4 dəqiqə dəmləyin.
Hazırladığınız alça qarışığını 2 yemək qaşığı bal ilə birlikdə yeni hazırladığınız yaşıl çayla qarışdırın. Soyuducuda soyuması üçün gözləyin. Servis üçün soyuq halda alça dilimi, nanə yarpağı əlavə edib için.
Metbuat.az
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub