Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeməkdən sonra çay içənlərin - DİQQƏTİNƏ!

Çay çox faydalı bitkidir. Orqanizmin qocalmasını ləngidən antioksidantlarla zəngindir. Orqanizmə gümrahlıq verir. Lakin bəzi hallarda çay orqanizmə fayda deyil, zərər verir.

Mynews.az Metbuat.az-a istinadən məlumat verir ki, həkim Fevzi Özgönül yeməkdən sonra çay və qəhvə içməyin bədənin dəmirə olan ehtiyacına əks təsir göstərdiyini deyib. Dəmir insan bədənində cəmi 4-5 qram olduğu halda, çox önəmli elementdir. Dəmir immunitet sisteminin güclənməsi, toxumalara oksigenin daşınması, DNA, RNA və protein sintezi kimi sağlamlıq üçün vacib elementlərin istehsal mərhələsində iştirak edir. Dəmir əksikliyi böyümə çağındakı uşaqlarda, yeniyetmələrdə və hamilə qadınlarda ortaya çıxır.

"Yeməkdən sonra içilən çay qidadan alınan dəmirin udulmasını azaldır. Çünki çay, qəhvə və kakaonun içərisindəki maddələr dəmirin bədən tərəfindən udulmasını zəiflədir. Buna görə də, yeməklərdən sonra çay və qəhvədən imtina etməliyik”.

Bədəndə dəmirin həddindən artıq olması xərçəng riskini artırdığı üçün siroz, şəkər xəstəliyi, halsızlıq, ürək böyüməsi, bulantı, qusma kimi problemlərə də səbəbiyyət verir.

İnsanların gündəlik dəmir ehtiyacı 10-15 mg-dır. Uşaqlarda 1-2mg, böyük kişilərdə 10 mg, qadınlarda 20 mg, hamilələrə isə 30-35 mg olaraq tövsiyə edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...