Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aspirinin saçlara inanılmaz faydası - Xanımlar, DİQQƏT!

Ağrıkəsici olan aspirinin xərçəng başda olmaqla altsaymer kimi bir çox xəstəliyə faydalı olduğu deyilir.

Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, aspirin saçlara da faydalıdır.

Saç rəngini qoruyur

Açıq rəng saçlar uzun müddət günəşə məruz qaldıqda rəngi açılmağa başlayır. Bu vəziyyətin qarşısını almaq üçün ilıq suda bir neçə ədəd aspirini həll edib qarışığı saçınıza tətbiq edin, 15 dəqiqə saxladıqdan sonra yaxalayın.

Saçları parlaqlaşdırır

Aspirindəki “Salisilik” turşusu saçqıranları azaldır və saçın daha parlaq olmasını təmin edir.

Kəpəyi azaldır

Aspirindəki “salisilik” turşusu baş dərisindəki ölü hüceyrələri öldürərək kəpəyi azaldır. Saç dərisindəki təbii yağı itirmək istəmirsinizsə, istifadə edəcəyiniz şampununuza bir ədəd əzilmiş aspirin əlavə edin.

Saç tökülməsinin qarşısını alır

Araşdırmaçılara görə, keçəlliyə səbəb “prostaglandin D2” miqdarının yüksək olmasıdır. Aspirin isə “prostaglandin” istehsalını əngəlləyərək saç tökülməsinin qarşısını alır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...