Qəbizlikdən xilas edən, ürəyi qoruyan - MEYVƏ
Alça azkalorili və çox faydalı meyvədir.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, alçanın tərkibində alma və limon orqanik turşuları, A, B qrupu, C , PP vitaminləri, kalsium, maqnezium, fosfor, dəmir kimi vacib minerallar, pektinlər, qidalı liflər və s. var.
Alçanın bağırsaqları işlətmək, qəbizliyi aradan qaldırmaq xüsusiyyəti xalq təbabətində geniş istifadə olunur.
Alça vitamin çatışmazlığı, qanazlığı zamanı da kömək edir.
Alçanın tərkibində olan orqanik turşular orqanizmdə xolesterolun səviyyəsini tənzimləyir və bununla da ürək-damar sistemi xəstəliklərinin inkişafının riskini azaldır.
Kalium və maqneziumla zəngin olan alça ürək əzələsini möhkəmləndirir, aritmiyaların qarşısını almağa kömək edir, arterial təzyiqi aşağı salır.
Alça sakitləşdirici təsirə malikdir, sinir sisteminə müsbət təsir edir.
Qidalı liflər və pektinlərlə zəngin olan alça mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir edir, metabolik prosesləri sürətləndirir, xərçəng və şəkərli diabetin inkişafı riskini azaldır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Alça tumlarının ləpələri də çox faydalıdır. Onların tərkibinə qlikozid amiqdalin daxildir. Amiqdalin güclü xərçəngəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir, lakin çoxlu miqdarda istehlak etdikdə zəhərlənməyə səbəb ola bilər.
Qırmızı alça növləri daha faydalı sayılır.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 930 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 921 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 920 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 918 dəfə oxunub