Azərbaycanlı alimlər xərçəngə qarşı yeni dərman maddələri - HAZIRLADI
Azərbaycanlı alimlərin yeni dərman maddələrinin İtaliyada klinik sınaqları aparılacaq.
MEA-nın Aşqarlar Kimyası İnstitutu (AKİ) respublikanın əczaçılıq sənayesinin inkişafı məqsədilə dünyanın aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara start verib.
İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, hazırda İtaliyanın Florensiya, Türkiyənin Atatürk, Səudiyyə Ərəbistanının Kral Səud universitetlərinin alimləri ilə birgə “Fizioloji fəal maddələrin sintezi və tədqiqində yeni yanaşmalar” adlı tədqiqatlar aparılır: “AKİ-də maddələr sintez edildikdən sonra Türkiyə və İtaliyaya göndərilir. Orada mərhələli şəkildə həmin maddələrin antioksidant və fermentativ təsirləri araşdırılır. Analizlərin ilkin nəticələri müsbətdir. Aldığımız maddələr bədxassəli şişlərə səbəb olan neqativ proseslərə yüksək inhibitor təsir göstərir. Belə ki, bu maddələr qeyd olunan xəstəliklərdə standart dərman kimi tətbiq olunan tokoferol və alfa-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir”.
Nəticələr İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) Biomolekulyar və Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətini cəlb etdiyi üçün Aşqarlar Kimyası İnstitutunun alimləri ilə birgə tədqiqatlar həyata keçiriləcək, yeni dərman maddələrin klinik sınaqları aparılacaq.
Qeyd edək ki, artıq AKİ-nin alimləri AMEA və İMTŞ arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2018-2019-cu illər üçün elan olunmuş müsabiqəyə layihə təklifi göndərib.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 968 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 936 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 927 dəfə oxunub