Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölümsüzlüyün sirri tapıldı - Gündə cəmi 3 fincan

Daim "faydalıdır, yoxsa zərərli" deyə müzakirə olunan qəhvə haqqında geniş araşdırma aparılıb. 500.000-dən çox insanın daxil olduğu tədqiqatda qəhvənin ölüm nisbətini azaltdığı ortaya çıxıb.

Qəhvə haqqında aparılan yeni araşdırmada mütəmadi olaraq qəhvə içməyin sağlamlığa faydalı ola biləcəyi istiqamətində nəticələr əldə edilib.  

Moderatoraz bildirir ki, 10 Avropa ölkəsində yarım milyondan çox insanın ölüm nisbətlərinin nəzərdən keçirildiyi araşdırmanın nəticələri "Annals of İnternal Medicine" adlı tibb jurnalında dərc olunub. Araşdırma, Imperial College London və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin əldə edilən məlumatları araşdırması ilə yekunlaşıb.  

Araşdırmanın aparıldığı 16 il ərzində əldə edilən nəticələrə görə, qəhvə istehlakı gündəlik 580 millilitrdən çox olan kişilərin həyatını itirmə ehtimalı qəhvə içməyənlərə nisbətən 12 faiz daha aşağıdır. Qadınlarda isə bu nisbət yüzdə 7 olaraq müəyyən edilib. Qəhvənin təsirlərini obyektiv şəkildə müəyyən etmək üçün qidalanma, siqaret vərdişi kimi amillər tədqiqata daxil edilməyib.  

Tədqiqatçılar digərlərinə nisbətən daha çox qəhvə içən insanların ölüm riskinin dərhal hər xəstəlikdə daha aşağı olduğunu müəyyən edib. Bu təsirə xüsusilə ürək-damar və həzm narahatlıqları nümunə göstərilib.   Araşdırma qrupunun rəhbəri Mark Gunter gündə 3 fincan qəhvə içilməsinin sağlamlığa zərərli olmadığını, əksinə müsbət təsirləri ola biləcəyi istiqamətində nəticələrə nail olduqlarını qeyd edib. Daim "faydalıdır, yoxsa zərərli" deyə müzakirə olunan qəhvə haqqında geniş araşdırma aparılıb. 500.000-dən çox insanın daxil olduğu tədqiqatda qəhvənin ölüm nisbətini azaltdığı ortaya çıxıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...