Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tərləməyi azaldan - MƏSLƏHƏTLƏR

İsti havalarda insanları ən çox narahat edən problemlərdən biri də tərləməkdir. Həddindən artıq tərləməyin səbəbi stress, artıq çəki, düzgün qidalanmamaq, şəkərli diabet, ürək xəstəlikləri, menopauza ola bilər.

Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, tərləmə ən çox ayaq dabanı, qoltuqaltı, boyun, alın, hətta baş dərisində meydana gəlir.

Tərləməyin qarşısını almaq üçün bəzi qaydalara əməl edə bilərsiniz:

Hər gün mütəmadi olaraq duş qəbul edin ya da antibakterial sabun istifadə edərək tərləyən bölgələri yuyun. Tərləməyə səbəb olacaq polyester ya da naylondan hazırlanmış geyimlər geyinməyin. Tərləməyə səbəb olacaq qidalardan uzaq durun.

Həddindən artıq alkoqol, siqaret və kofein tərləməyə səbəb ola bilər. Bu səbəblə, onlardan uzaq durun. Bol-bol meyvə-tərəvəz yeyin.

Tərləməyi azaltmağın başqa rolu isə buğda otu suyudur. Buğda otu suyu tərləməyə səbəb olan qandakı turşu və toksinləri normallaşdırmağa yardımçı olur. Həmçinin, B vitaminləri və digər qidalarla zəngin olan buğda otu suyu bədən temperaturunu tarazlaşdırmağa kömək edir. İstədiyiniz nəticəni alana qədər gündə 1-2 stəkan sudan için.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...