Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Quru dəriyə qulluq - TURP MASKASI

Quru dərili xanımlar üçün maska reseptləri paylaşmağa davam edirik. Bu dəfə hazırlayacağımız maskanın əsas ərzağı turpdur. Turpla hazırlanan maskalar xüsusilə quru dərilərdə möcüzələr yaradır. Quru dəri elastikliyini tez itirir və tez qırışır, buna görə də turp maskası, xüsusilə quru dəriləri mükəmməl bir şəkildə nəmləndirir və elastiklik qazandırır. Keçək reseptə:

Mynews.az saglamheyat.com-a istinadən bildirir ki, turpu rəndələyib, 1 yemək qaşığı turpla zeytun yağı, ya da başqa hər hansı bir bitki mənşəli yağı qarışdırın. Əldə edilən qarışığı üzə sürtün və 10-15 dəqiqə sonra ilıq su ilə yuyun. Turpu rəndələyərkən çıxan suyunu atmayın, çünki turp suyu təmiz, quru və normal dəri üçün uğurlu bir lasyondur. Bu lasyonla dəriniz təzələnəcək və rahat nəfəs alacaq. Ayrıca bu lasyon dəri üçün çox yaxşı bir nəmləndiricidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...