İnsultdan bir ay əvvəl bədəndə gedən proseslər - Onlara etinasızlıq göstərməyin!
İnsultdan bir ay əvvəl orqanizm bizə müəyyən xəbərdarlıqlar göndərir.
Publika.az xəbər verir ki, bu əlamətlərə vaxtında diqqət edilsə və qabaqlayıcı tədbirlər görülərsə, xəstəliyin qarşısını almaq olar.
İki tipli insult var: işemik və hemorragik. Hemorragik - beyinə qan sızma, işemik - beyin infarktı insultları kimi qeyd edilir. Hemorragik insult daha ağırdır.
Hemorragik insult - əksər hallarda arterial təzyiqin kəskin artması qansızmaya səbəb olur. Bu təzyiqə davam gətirməyən qan damarı cırılır və qan beyin toxumasına yaxud beyin qişaları altına sızır. İşemik insultda nə damarın cırılması, nə də qansızma baş vermir, lakin qanın damarla hərəkəti əhəmiyyətli dərəcədə azalır və ya tam dayanır – səbəb isə damarın kəskin daralması (spazm) və ya tutulması olur.
Qan damarları qidalı maddələri və oksigeni beyninə göndərir. Damarlardakı qan laxtanandıqda isə beyni oksigensiz və qidalandırıcı maddələrsiz qoyan tromblar yaranır. Bu tromblar hazırda ABŞ-da insanların ölümünə səbəb olan 5-ci dərəcəli təhlükəli qatil hesab olunur.
Bu müddət ərzində qidalanmayan hüceyrələr, yəni beynin bir hissəsi quruyur. Bir çox ekspertlərin fikrincə, orqanizmində ən mühüm orqan hesab olunan beyin hüceyrələrinin ölməsi demək olar ki, bütün funksiyalara mənfi təsir göstərir.
Əgər insult beyində bəzi orqanların funksiyalarının işləməsinə görə məsuliyyət daşıyan sahələrə təsir edərsə, onda həmin orqanlar sıradan çıxa bilər.
Ekspertlər deyirlər ki, simptomlar hər kəsdə fərqlidir və bütün zərbələr qəflətən baş verir. Ancaq xəstəliyin ilkin əlamətlərinə vaxtında nəzərə salsanız, insultun qarşısını erkən almaq olar.
İnsultun simptomları aşağıdakılardır:
Hıçqırıq;
Ağrı;
Nəfəs problemləri;
Qarabasma;
Şəxsiyyət dəyişiklikləri;
Epileptik tutmalar;
Xəstəhal;
Zəiflik və başgicəllənmə;
Şişkinlik;
Əgər kimsə yanınızda qəfil insult keçirərsə, dərhal tibbi yardım üçün müraciət həkimə müraciət edin. Axı hər saniyə qiymətlidir!
Öz səhhətinizdə müəyyən problemlər və güclü ağrılar müşahidə edirsinizsə, onda sizə yenə də həkimə getməyi müraciət etmək tövsiyə edirik. Özünü müalicə sağlamlığınız üçün zərərli ola bilər.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 939 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 929 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 929 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 926 dəfə oxunub