Maşında kondisioner - komfort yoxsa təhlükə?
İsti havada maşında kondisionerin olması komfortun əsas şərtidir.
Lakin maşında olan kondisionerdən düzgün istifadə etmək lazımdır ki, bu xəstəliyə səbəb olmasın. Mynews.az saglamolun.az-a istinadən bildirir ki, həkimlər qeyd edirlər ki, yayda məhz maşında kondisionerlərin olmasına görə angina, faringit və hətta bronxit və pnevmoniyanın halları artır.
Bunun qarşısını almaq üçün ilk növbədə ətraf mühitlə maşının salonunda olan hava temperaturunun fərqi 10 C-dən çox olmamalıdır. İnsan maşından düşəndə və yenidən maşına minəndə temperatur fərqi onun sağlamlığına mənfi təsir edir, immun sisteminin zəifləməsinə gətirib çıxardır. Bu gün ərzində dəfələrlə təkrarlanırsa respirator xəstəliklərinin riski də artır.
Soyuq hava axınını üz və ayaqlara istiqamətləndirməyin, bu da xəstəliyin riskini artırır.
Bundan əlavə maşında olan kondisionerin filtrləri vaxtı-vaxtında təmizlənməlidir. Bu filtrlərdə çoxlu mikroblar yığılır və sonra hava axını ilə insanın nəfəs yollarına düşür.
Maşında kondisionerin olmasının komfortdan əlavə digər faydası da var. Araşdırmalar göstərir ki, maşında kondisionerin olmaması isti havada qəzaların riskini xeyli artırır. Məsələ burasındadır ki, çox isti hava insanın mərkəzi sinir sisteminə mənfi təsir edir - diqqət azalır, insan çətin vəziyyətdə daha gec reaksiya verir ki, bu da nəticədə qəzaların artmasına səbəb olur.
Alman alimlərinin araşdırmalarına görə, maşın salonunda temperaturun 32 C qədər yüksəlməsi qəzaların riskini 15%, 37 C qədər yüksəlməsi isə 35% qədər artırır.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 982 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 953 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 943 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 942 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 940 dəfə oxunub