Oynaq ağrılarının limon qabığı ilə müalicəsi - Xalq təbabəti
Oynaq ağrılarının yaşa bağlı olaraq artdığı deyilsə də, gənc yaşdakı insanlarda da sıx rast gəlinən xəstəlikdir.
Metbuat.az xəbər verir ki, oynaq ağrıları daha çox çəki problemi olanlarda, müxtəlif qəza nəticəsində əmələ gələn yaralanmalarda, müxtəlif xəstəliklərə bağlı olaraq meydana gələ bilər. Psixoloji səbəblərdən də oynaq ağrıları yaranır.
Oynaq ağrılarının limon qabığı ilə müalicəsi
Qarışığı hazırlamaq üçün təbii limon qabığı, zeytun yağı, bir neçə evkalipt yarpağı, qapağı olan qab və bintə ehtiyacınız var. Öncə, qabın içərisinə limon qabığını əlavə edib zeytun yağı tökün. Son olaraq evkalipt yarpaqlarını da yerləşdirdikdən sonra qabın qapağını möhkəm bağlayın. Qarışığı 15 gün açmadan saxlayın. 15 gündən sonra limon qabığı qarışığını təmiz bintə sürtərək ağrıyan bölgələrinizə yerləşdirin. Daha təsirli olması üçün gecə yatmazdan əvvəl tətbiq edin.
Qeyd: Təbii üsulları tətbiq etməzdən əvvəl mütləq həkiminizlə ağrıların səbəbini müəyyənləşdirin.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub