Müasir multfilmlərə baxan uşaqlar - PƏLTƏK OLACAQ
Müasir multiplikasiya filmlərinin uşağın psixikasına olan mənfi təsirindən çox yazılıb.
Mynews.az bildirir ki, pediatr və uşaq nevropatoloqları belə multfilmləri uşağın normal inkişafı üçün çox ciddi təhlükə yaratdığını bildirir.
Loqopedlər də tez-tez bu multfilmlərin ziyanlarından danışır. Belə ki, rus loqoped-defektoloq Yelena Truşeva “Zdorovye” jurnalına müsahibədə bildirib ki, nitqi yeni formalaşan və ümumiyyətlə kiçik yaşlı uşaqlar üçün müasir multfilmlər əsl təhlükə mənbəyidir.
Həkim deyir: “Baxın, qəhrəmanların bir çoxu düzgün və səlis danışmır. Biri “ş”, digəri “r”, o biri “l” səsini düz tələffüz etmir. Bəzi multfilmlərin qəhrəmanları kəkələyir. Bu əls faciədir! Mən başa düşə bilmirəm, bu multfilmlərin müəllifləri bunları hansı məqsədlə edir?! Təzə-təzə danışmağı öyrənən uşaq “multik”lərin qəhrəmanlarının nitq xüsusiyyətlərini özünə “qubka” kimi hopdurur və nəticədə uşaqdan pəltək formalaşır”.
“Biz mütəxəssislər yaxşı bilirik ki, ailə üzvlərindən, qohumlardan biri kəkələyəndə bu ailədə böyüyən uşağın kəkələmək riski yüksək olur. Bu səbəbdən biz uşaqların belə ailə üzvü ilə mümkün qədər az təmasda olmağı tövsiyə edirik”.
“Valideynlər uşağın baxdığı multfilm qəhrəmanlarının nitqinə mütləq fikir verməlidir.”
Saglamolun.az
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1008 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 967 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 956 dəfə oxunub