Alimlər - Hərəkətsizlik erkən ölümə yol açan 4 səbəbdən biridir...
İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, hərəkətsizlik erkən ölümə yol açan 4 səbəbdən biridir.
İdmanın ürək xəstəlikləri, diabet, depressiya və digər xəstəliklərin yaranmasının qarşısını aldığı da qeyd olunub.Əgər arıqlamağı qarşınıza məqsəd qoymusunuzsa, yediklərinizə də diqqət etməlisiniz. Bu zaman daha çox kalori itirəcək və ideal çəkini qoruya biləcəksiniz. Həmçinin, həftə ərzində idmanla nə qədər məşğul olduğunuz da önəmlidir.
Moderator.az bildirir ki, mütəxəssislərin fikrincə, həftədə 2-3 saat, ya da hər gün 30 dəqiqə fitnesslə məşğul olmaq lazımdır. Əgər ağır məşqlər edirsinizsə, o halda hər gün 10-15 dəqiqə idman kifayət edir. Hər gün idmanla məşğul ola bilmədikdə isə daha çox hərəkətdə olmağa çalışın, ya da 10-15 dəqiqə təmiz havada yeriyin.
Onu da qeyd edək ki, bədəni idmana uşaqlıqdan öyrətmək lazımdır. Bəzən valideynlər hərəkətdə olan uşağın sakit durması üçün ona acıqlanırlar. Halbuki, uşaqların bu cür davranışları təbiidir, onların enerjisi daha çox olduğu üçün onu hara və necə xərclədiyini bilmirlər və daim hərəkətdə olurlar. Uşaqların enerjisini sərfəli şəkildə xərcləməsi üçün onları uşaqlıqdan idmana yönləndirmək məqsədəuyğundur. Hətta gün ərzində uşaqlara böyüklərdən daha çox idman etməyə icazə verilir. 5-18 yaş arası uşaqlar gün ərzində 1 saat idman edə bilərlər.
Kiçik yaşlardan idmanla məşğul olmaq uşaqların sümük və əzələ inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Odur ki, dəcəl uşaqları məhdudlaşdırmayın. Əskinə, onların təhlükəsizliyini təmin edərək sərbəst hərəkəti üçün əlverişli mühit və şərait yaradın.
Uzun sözün qısası, yaşımızdan asılı olmayaraq, orqanizmimizin sağlamlığını qoruyub saxlamağımız üçün idman etmək hamımızın vəzifəsidir.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1010 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 969 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 958 dəfə oxunub