Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kökəlmək istəmirsinizsə - bunlara əməl edin - DİQQƏT!

Havalar isindikcə artıq çəki bir çoxlarının probleminə çevrilir.

Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, yayda daha formada görünmək üçün pəhriz və idmanla yanaşı bəzi məsləhətlərə əməl etməlisiniz.

Çox adam zamansızlıq və iştahasızlıq səbəbi ilə səhərləri yemək yemir, ancaq günə səhər yeməyi ilə başlamaq maddələr mübadiləsini sürətləndirir. Aparılan araşdırmalar günə səhər yeməyi ilə başlayan insanların daha tez çəki atdıqlarını sübut edib.

Duzu masanızdan qaldırın. Beləcə ödəm və şişkinliyi əmələ gətirən səbəblərdən birini də ortadan qaldırmış olarsınız.

Çəki problemi yaşamağınızın digər səbəbi də kifayət qədər su içməməyiniz ola bilər. Maddələr mübadiləsinin çalışmasında və çəki atmaqda su çox önəmlidir.

Mümkün olduqca səhər idmanı edin. Sağlam yaşamaq və çəki atmaq üçün həftənin 3 günü idmanla məşğul olun.

Qidalanma rejimini  qaydaya salmağınıza rəğmən çəki ata bilmirsinizsə, hormonlar, trioid vəziləri və vitamin əksikliyi çəki atmağınıza əngəl ola bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...