Təzyiqinizi ölçəndə - BU SƏHVLƏRİ ETMƏYİN
Arterial təzyiq sağlamlıq göstəriciləri arasında ən vacib olanlardan biridir. Həkimlər vaxtaşırı olaraq hamıya (xüsusilə 40 yaşdan sonra olan insanlara) təzyiqini ölçməyi tövsiyə edirlər. Bununla siz hipertoniyanın inkişafını ilk mərhələlərdə aşkar edə bilərsiniz.
Hipertoniya çox hiyləgər xəstəlikdir ki, ilk mərhələlərdə heç bir simptomla özünü büruzə vermir. Bu isə çox təhlükəlidir. Gizli inkişaf edən hipertoniya tədricən insanın ürək-damar sistemini, böyrəklərini, gözlərini sıradan çıxardır. Bu səbəbdən təzyiqin vaxtaşırı olaraq ölçülməsi olduqca vacibdir. Lakin təzyiqi ölçən insan müəyyən qaydaları bilməlidir. Bu qaydalara əməl etməmək təzyiqin göstəricilərinə təsir edir, təzyiqin səhv ölçülməsinə səbəb olur.
Mynews.az saglamolun.az-a istinadən bilməli olduğunuz qaydaları sadalayır.
1. Təzyiqi yemək yedikdən, çay və ya qəhvə içdikdən, siqaret çəkdikdən dərhal sonra ölçmək olmaz. Sidik kisəsi boş olmalıdır.
2. Təzyiqi ölçdükdə danışmaq, gülmək, yemək və s. olmaz. Bu, göstəricilərin daha yüksək olmasına səbəb olur.
3. Təzyiqi ölçdükdən əvvəl 5 dəqiqə sakit oturun. Ölçülmədən əvvəl fizki işlə məşğul olan, pilləkənlə qalxan insanın təzyiqi daha yüksək olacaq.
4. Təzyiq ölçülən qolu masanın üzərinə rahat qoymaq lazımdır. Qolun gərgin olması, "sallanması" zamanı təzyqin göstəriciləri daha yüksək olur.
5. Paltarın qolunu mütləq qatlamaq lazımdır. Tonometrin manjeti paltarın üzərində yerləşdikdə bu, təzyiqin səhv ölçülməsinə gətirib çıxardır.
6. Təzyiqin ölçülməsi zamanı ayağı ayağın üzərinə qoymaq, narahat poza almaq, önə əyilmək olmaz.
7. Təzyiqi 5-10 dəqiqə fasilələrlə 3 dəfə ölçün və ən aşağı göstəricini götürün. Məsələn, birinci dəfə 140/90 mm c. st., 2-ci dəfə 135/86 mm c. st, 3-cü dəfə 138/90 mm c.st göstərilibsə, 135/86 mm c.st götürülür.
Əgər təzyiqin ölçülməsi zamanı orta yaşlı insanda göstəricilər daim 139/89 mm c.st-dan yuxarıdırsa, həkimə müraciət edin. Bu, sizdə hipertoniyanın inkişafına işarə edə bilər.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 918 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 901 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 592 dəfə oxunub