“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı AÇIQLAMA - VİDEO
Coca-Cola" şirkəti bu gün yüzlərlə insana "WhatsApp" mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama yayıb.
Şirkətdən Lent.az-a göndərilən açıqlama bildirilir:
"Azərbaycan Coca-Cola Bottlers olaraq bildiririk ki, sosial şəbəkələrdə guya şirkətimizin hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını "Coca-Cola" içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur. "Coca-Cola" məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir".
Qeyd edək ki, yüzlərlə "WhatsApp" istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilirdi ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən "Coca-Cola"lara axıdıb. Həmçinin o da bildirilir ki, hazırda şirkət bütün mağazalardan "Coca-Cola" işçilərini təcili şəkildə yığışdırır.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 976 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 943 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 933 dəfə oxunub