“Paltar sabunu” min dərdə çarə imiş - FAYDALARI
Əgər bu möcüzəvi vasitə sizdə yoxdursa, o zaman tezliklə onu əldə etməyinizi sizə də məsləhət görürük.
1. Əgər uzun və sıx saçlara sahib olmaq və yaxud kəpəkdən xilas olmaq istəyirsənsə, o zaman “paltar sabunu”ndan təsirli vasitə tapmaq qeyri-mümkündür. Əvvəlcə şampundan istifadə edin, daha sonra isə saçlarınıza sabun vur. Sabunu saçlarınızdan yuyun və son olaraq, suya 1-2 çay qaşığı üzüm sirkəsi qatılmış su ilə yaxalayın. Bu üsul həm də yağlı saçları olan insanlar üçün faydalıdır.
2. Depilyasiyadan sonra dərinizdə səpkilərin əmələ gəlməməsi üçün dərhal həmin yerə “paltar sabunu” sürtün.
3. Heç olmasa həftədə 2 dəfə bu sabunla yuyunun. Bu, dərinizin cavan qalmasına yardım edəcək. Yuyunduqdan sonra üzünüzə uşaq kremi vurun. Belə yuyunmaların effekti əvəzolunmazdır.
4. Duş qəbul etməyi sevənlər üçün məsləhət. Buxarda yumşalmış cildinizi bu sabundan hazırlanmış suya kisəni batıraraq sürtsəniz, cildinizdəki məsamələrə dolmuş çirklər tamamilə təmizlənər.
5. Soyuqdəymənin ilk əlamətlərini hiss edərkən, bu sabunu çox az həddə əridib, suya qatın. Pambıqdan düzəldilmiş tampona batırıb, burun dəliklərinə yerləşdirin.
6. Bu vasitə həm də göbələk xəstəliklərinin qarşısını tamamilə alır. Zədələnmiş yeri sabuna batırılmış diş fırçası ilə yaxşı-yaxşı təmizləyin, daha sonra həmin yeri yodlayın.
7. Diş fırçanızı bu sabunla yuyun və bir qat sabun üzərində qalmaq şərtilə gecədən səhərədək saxlayın. O, bütün mikrobları məhv edəcək.
8. Şişın yatması üçün, eləcə də göyərmiş yerlərinizi bu sabundan hazırlanmış məhlul vasitəsilə sürtün. Bu prosesi gündə 2 dəfə etmək məsləhətdir.
9. İrinlənmiş yerə yatmazdan əvvəl 1:1 nisbətində rəndələnmiş soğan, paltar sabunu və şəkər tozunu qarışdırıb maz şəklinə salırsınız və sürtüb, bintləyirsiniz.
10. Dabanın çatlamış yerinə 2 litr qaynar suya 1 çay qaşığı soda və 1 xörək qaşığı sürtülmüş paltar sabununu qarışdırıb “vanna” edirsiniz.
11. Günəşdən yanan cildinizə “paltar sabunu” sürtün və qurumağını gözləyin. Bu dərinin yandığı yeri bərpa edəcək və uçuqlamasına imkan verməyəcək.
Göründüyü kimi, “paltaq sabunu” kimi tanıdığınız bu vasitə min dərdə çarə ola bilir.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 984 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 949 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 939 dəfə oxunub