Qocalmaq istəmirsinizsə, bolluca yeyin - ƏNCİRİN MÖCÜZƏVİ FAYDALARI
Əncirin bir çox xəstəliyə və narahatlıqlara qarşı faydası var. Bu meyvə həm də qurudularaq istifadə edilir. Təzə əncirin 100 qramında 63 kilokalori enerji var. 100 qram quru əncirdə isə 284 kilokalori var.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, əncir A, B1, B2, C vitaminləri ilə kalsium, dəmir, fosfor, maqnezium, sodium və potasiumla zəngindir. 2 ədəd təzə əncir kalsium tərkibi baxımından 1 stəkan südə bərabərdir. Buna görə xüsusilə uşaqlar, hamilə və əmizdirən, menopauza keçirən qadınlar üçün son dərəcə əhəmiyyətli bir meyvədir. Eyni zamanda südə allergiyası olan şəxslər üçün də ideal seçimdir.
Əncir yüksək lif tərkibi sayəsində qəbizliyin qarşısını alır. Buna görə arıqlama pəhrizlərində də sıxlıqla istifadə edilir. Bununla bərabər öskürək, bronxit və astma kimi xəstəliklərə də faydalı olur. Eyni zamanda xəstəliklər zamanı itirilən kiloları geri almaqda da mükəmməl seçimdir. Əncir fol turşusu baxımından da zəngin qaynaqdır. B vitaminləri karbohidrat, protein və yağ metabolizmalarında çox köməkçi olur. Buna görə metabolizmanın sağlam işləyə bilməsi üçün B vitamini çeşidlərindən lazımi miqdarda istifadə olunmalıdır.
Yaşlanmaq istəmirsinizsə, mütəmadi olaraq əncir yeməyə diqqət edin. Əncir eyni zamanda antioksidant tərkibli bir meyvədir. Bu xüsusiyyəti sayəsində yaşlanmanın orqanizmdəki təsirlərini gecikdirir.
Tərkibində xeyli miqdarda pektin enzimi olduğu üçün xolesterolun düşürülməsində də təsirli bir meyvədir. Buna görə gündə 2 ədəd əncir yemək xolesterolun düşürülməsində əhəmiyyətli fayda verir.
Əncir potasiumla zəngin bir meyvədir, odur ki, təzyiqi normallaşdırmaqda istifadə edilə bilər.
Dəmir çatışmazlığı olanların da ənciri gündəlik qidalanmalarına əlavə etmələri məsləhətdir. Tərkibində həm də C vitamini var ki, bu da əncirdəki dəmirin əmilməsinə müsbət mənada təsir edir.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1128 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1116 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1116 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1114 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1005 dəfə oxunub