Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəmir çatışmazlığından əziyyət çəkənlər - Mövsümüdür, hər gün 1 kasa yeyin

Payız fəsli də öz meyvələri ilə fərqlənməkdə və faydasını verməkdədir. Bəs bazarlarda arının əlindən yeşiklərə yaxın gedə bilmədiyimiz ümüz suyunun faydalarından xəbəriniz varmı?

Üzüm insan bədəninin dəmirə (Fe) olan ehtiyacının 10 faizini təmin edir. Qara və ya bənövşəyi rəngli üzümün tərkibi C vitamini ilə zəngindir. Bunun sayəsində insanda immun sistemini gücləndirir və xəstəliklərə qarşı dözümlü olmağımıza kömək olur.

Kaliumla zəngin olduğu üçün hüceyrələrin quruluşunu yaxşılaşdırır, bütün toxuma və orqanlara xeyir verir.

Bir kasa qara üzüm yeyildikdə gün ərzində insana lazım olan dəmirin 10 faizini təmin etmiş olur.

Qara üzüm və suyunun faydaları…

-Ürək və damar xəstəliklərinə qarşı bədəni gücləndirir;

-Xırda damarların gücünü artırır.

-Revmatizma, artrit və qut xəstəlikləri üçün məsləhətlidir;

-Həzm sisteminə faydalıdır;

-Qaraciyər, pankreas, dalaq və böyrəklərin daha yaxşı işləməsinə kömək edir;

-İshal və dizenteriyaya qarşı faydalıdır;

-Qadınlarda monopauza zamanı qan dövranının yaxşılaşdırılması üçün yararlıdır;

-İnsandakı yorğunluğun qarşısını alır;

-Soyuqdəymə kimi xəstəliklərdən qoruyur.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...