Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əsrin 365-dən çox xəstəliyə yol açan epidemiyası - Dünyanı təhdid edən “səssiz qatil”

Əsrin epidemiyası kimi səciyyələndirilən və 365-dən çox xəstəliyə səbəb olduğundan tibb dairələrində narahatçılıq yaradan Lyme xəstəliyi “səssiz...

Əsrin epidemiyası kimi səciyyələndirilən və 365-dən çox xəstəliyə səbəb olduğundan tibb dairələrində narahatçılıq yaradan Lyme xəstəliyi “səssiz qatil kimi adlandırılır.   Türkiyədə Doqquz Eylül Universitetinin biologiya fakültəsinin professoru Doktor Barbaros Çetin Lyme Türk mediasına müsahibəsi zamanı Lyme xəstəliyi haqqında geniş məlumat verib. Çetin Lyme xəstəliyini dünyanın qarşı-qarşıya qaldığı yeni bir epidemiya kimi səciyyələndirib. Başda gənə olmaq üzrə ağcaqanad və bit kimi qan soran canlılar ilə, qan və orqan nəqli ilə, cinsi əlaqə yolu ilə yoluxan bu xəstəliyin 25 milyon insanda xəstəliyə yol açdığını deyən professor Lymenin dünyanı və bəşəriyyəti təhdid etdiyini bildirib.   Moderator.az xəstəliyin ciddiyyətini nəzərə alıb professoru Doktor Barbaros Çetinin sözügedən müsahibəsindən bəzi hissələri təqdim edir:    Hələ ki, peyvəndi yoxdur  

– Lyme ən çox hansı xəstəliklərə səbəb olur?

– İnfarkt, şizofreniya, beyin şişi, bəzi xərçəng növləri, otizm, epilepsiya, ayaq sindromu, ürtiker, qalxanabənzər vəz problemi, Alzheimer, parkinson, MS, ALS kimi əzələ xəstəlikləri kimi bir çox xəstəliyə yol açır. “Wester blot” testi müəyyən edilir. Türkiyədə bu test, İstanbul, Ankara və İzmirdə xüsusi laboratoriyalarda aparılır.  

– Beynəlxalq platformada Lyme xəstəliyi nə dərəcədə ciddi qəbul edilir?

– Lyme məsələsində dünyanın ən böyük sivil təşkilatı (ILADS) Beynəlxalq Lyme və Əlaqəli Xəstəliklər Qrupudur. ILADS tərəfindən xüsusi komitəyə seçilən yeganə Türk elm adamıyam. Bütün dünya Lyme xəstəliyinə qarşı ayaqdadır. Dünya səhiyyə Təşkilatına ICD11 Borreliyoz kodu təqdim olunacaq. Qəbul edilərsə, BMT ölkələri bu koddakı tələbləri yerinə yetirəcək. Təəssüf ki, ölkəmizin bu məsələdə hələ həqiqi mənada bir hazırlığı yoxdur. Türkiyə Böyük Millət Məclisinin Sağlık komisiyası təcili Lyme ilə bağlı fəaliyyət planı hazırlamalıdır.  

– Komitənin göstərmək istədiyi prioritet xidmət nədir?

– “Lyme Xəstəliyi və onun infeksiyaları üzrə 7-ci Avropa konfransı”nda Lyme ilə bağlı xəstəliklər mövzusunda lider mövqeyində 1000 nəfərdən ibarət bir komitə yaradıldı. O komitədə mən də varam. Noyabrda ABŞ-da ilk böyük toplantımızı keçirəcəyik. Yoluxucu hala gələn xəstəliyin ölkə siyasiləri tərəfindən ciddiyə alınması, xəstələrə diaqnoz qoyulması və müalicəyə başlaya bilmələri  birinci hədəfimizdir.   Bir dənə klinika belə yoxdur  

– Türkiyə Lyme xəstəliyi ilə nə qədər bağlıdır?

– Lyme Borreliyoz xəstəliyini dünya miqyasında artıq bir epidemiya kimi görülməsi səbəbiylə başda ABŞ olmaq üzrə, Nigeriya, Böyük Britaniya, Belçika, Fransa, Avstraliya və Kanada kimi 38 ölkə parlamentində müzakirələr başlayıb. Lyme tibb fakültələrində dərs olaraq öyrədilməlidir. Lyme mərkəzləri yaradılmalı, hökumət tərəfindən təcili fəaliyyət planı hazırlanmalıdır.  

– Dünya miqyasında Lyme xəstəliyinin rast gəlinmə aralığı nə qədərdir? 

– ABŞ-da Lyme xəstələrinin sayı AID xəstələrinin sayından 12 dəfə çoxdur. Hollandiyada uşaqların yüzdə 30-dan çoxu Lyme xəstəsidir. Pişik it bəsləyən hər kəs risk altındadır. Pişiyin cırmaqlayaraq səbəb olduğu yara Lyme üçün başlanğıc ola bilər. Avropada 25 ildir xidmət göstərən Lyme klinikaları var. Amma bizdə bir dənə də yoxdur.  

– Əlamətləri nələrdir?

– Yayda da qrip olursunuzsa, Lyme xəstəliyindən şübhələnin.  Orqanizminizdə daim gəzən ağrılar varsa, bu bir işarə ola bilər.  Müvəqqəti karlıq, müvəqqəti görmə qüsurları, yuxu nizamsızlığı Lyme əlamətləri arasındadır.  Daim qulaq guruldaması, miqren halı varsa Lyme ola bilərsiniz.  Həkim-həkim gəzdiyiniz halda dərdinizə diaqnoz qoyulmursa, Lymedən şübhələnməlisiniz.  Etməlisiniz.  

MS dedilər, Lyme çıxdı  

– Doqquz Eylel Universitetinin tələbəsi Gizem Köslü iki il əvvəl məktəbdə birdən sol qolunda bir keyimə hiss etdiyində infarkt keçirdiyi zənn edilib. Ancaq həkimlər tələbəyə MS diaqnozu qoyub. Professor Doktor Barbaros Çetinin yardımları ilə test etdirən gənc qızın Lyme xəstəsi olduğu orta çıxıb. Gizem Köslü Lyme xəstəsi olduğu öyrənəndə şok keçirdiyini bildirərək “Müalicə olmaq istəyirəm. Səhiyyə Nazirliyinə müraciət edirəm. Xahiş edirəm, Lyme klinikaları açılsın. Bilə-bilə ölmək istəmirəm” deyib.  

Məlumatsız olanlar üçün qeyd edək ki, Lyme xəstəliyi haradasa bir əsrdir Avropada tanınmaqdadır, ancaq 1975-ci ilə qədər ABŞ-da insanlarda rast gəlinməyib. İt, at, mal və pişikdə meydana gələn xəstəlik 1980-ci illərdə  həm də insanlarda müşahidə edilib. Artıq Lyme Borreliozis (LB) dünyada ən məşhur artropod qaynaqlı xəstəlikdir. Xəstəliyin yayılmasında səbəb vektor Ixodes gənəleridir. Gənə evçiyə yapışdığında Lyme faktoru həzm sistemindən gənənin ağız orqanlarına köç edər və buradan evçiyə keçər. Yapışan gənənin xəstəliyi yoluxdurma müddəti təxminən 12 saat ərində olar. İnsanlarda Lyme xəstəliyi dəriyə, oynaqlara, sinir sisteminə və digər orqan sistemlərinə təsir edərək yanğısal xəstəliklərə səbəb olar. Simptomlar ümumiyyətlə infeksiyanın ilk həftəsində meydana gələr ancaq gənə dişlədikdən sonra 30 gün içində də inkişaf edə bilər. Erkən Lyme xəstəliyində (erkən lokalize dövr) qırmızı halqalı “öküz gözü” deyə təsvir edilən şəkildə qıartı (erythema migrans) ilə özünü göstərən tipik simptom görülər. Lyme xəstəliyinə tutulmuş bir çox xəstədə yaranan bu qızartı xəstəlik yoluxduqdan sonra ümumiyyətlə 1-2 həftədə görülər və 3-5 həftə müddətdə qalıcı ola bilər. Toxunulduğunda isti ola bilər və ümumiyyətlə ağrısız və ya qaşıntısızdır. Erkən dövrdə görülən digər simptomlar, linfa vəzilərində qabarıqlıq, yorğunluq, baş ağrısı, ağrı, oynaq ağrısı, titrətmə. Lyme xəstəliyinin sonrakı mərhələsi (erkən yayılma dövrü) ümumiyyətlə gənənin dişləməsindən sonra ümumiyyətlə 2 həftə eiə 3 ay arasında meydana gələr. 2 və ya daha çox qıarmış nahiyə, şiddətli baş ağrısı, həddindən artıq yorğunluq, böyümüş linfa düyünləri, tutulmalar (xüsusilə oynaqlarda və boyunda), işığa həssaslıq, üz iflici (facial paraliz), titrəmə və ya keylik, nizamsız ürək ritmi, 38-39°C hərarət, meningitis görülər. Lyme xəstəliyinin son mərhələsi (keç dövr), əgər erkən dövrdə xəstəlik müəyyən oluna bilməyibsə və ya doğru şəkildə müalicə edilməyibsə meydana gələ bilər. Keç dövr semptomları gənə dişlədikdən sonra həftələr və ya illər içində hər hansı bir zamanda meydana gələ bilər. Xüsusilə dizlərdə arthritis, ümumiyyətlə yetkinlərdə görülən idrak pozğunlu görülər. Bu xəstələrdə ən gözə batan dəyişikliklər xroniki arthritis, xroniki MS və acrodermatitis chronica athropicans (ACA) dır.  

Odur ki, əsrin epidemiyası hesab edilən bu xəstəlikdən özünüzü qorumağa çalışın!

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...