Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hamilə qadınlar - MÜTLƏQ OXUSUN!

Boşanmaq istəyən cütlüklər arasında müzakirəyə çevrilən məsələlərdən biri də alinmentdir.

Aliment nikahı pozulmuş cütlüklərin yetkinlik yaşına çatmayan uşaqları üçün ödədikləri pula deyilir. Alimentin ödənilməsi notarial qaydada, ata və ananın birgə razılığı əsasında hazırlanır. Lakin bəzi valideynlər bu pulu ödəməkdən boyun qaçırır. Bu zaman digər valideyn məhkəməyə müraciət edərək aliment tutulmasını müəyyənləşdirə bilər.

Hüquqşunas Asif Abdullayev Metbbuat.az-a açıqlaması zamanı bildirir ki, hətta hamiləlik dövründə də aliment tələb etmək mümkündür:

“Qanunvericiliyə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Hamiləlik dövründə ər öz arvadına maddi köməklik göstərmirsə, qadının hüququ var ki, məhkəmə qaydasında ərindən aliment tələb etsin. Aliment hamiləlik müddətinə və uşağın doğuşundan sonrakı 3 il müddətinə təyin edilə bilər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...