Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Geomaqnit qasırğası güclənir - Ehtiyatlı olun

Bir neçə gün əvvəl proqnozlaşdırıldığı kimi, geomaqnit qasırğası müşahidə olunub və dünən axşamdan etibarən G2 kateqoriyasına yüksəlib.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin APA-ya verdiyi məlumata görə, qasırğa bu gün də davam edəcək, lakin getdikcə səngiyəcək.

Onun sözlərinə görə, kosmik hava şıltaqlıqlarının (geomaqnit qasırğası) meteoroloji şəraitin kəskin dəyişmələri (temperatur, təzyiq dəyişmələri, külək və s.) ilə tandemi insanlar üçün neqativ effektləri daha da artırır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...