Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəmir çatışmamazlığı kimlərdə daha çoxdur?

Kök insanların bütün bədənlərində olan zərərli iltihablar dəmiri cəzb edən proteinlərə mənfi təsir qoyar. Bunun nəticəsində də dəmir az cəzb olunar. Yağlı yeməklər və fast-fudlar, qazlı içəcəklər Qərbdə yaşayan insanların əskər hissəsinin kökəlməyinə şərait yaradır.

Mynews.az  deyerler.org-a istinadən bildirir ki, yeniyemə qızlar həddi-büluğ çağında dəmir azlığı ilə üzləşə bilərlər. Əgər müalicə olmazlarsa, böyümələrində çətinlik yarana bilər. Uşaqların büluğdan əvvəl və sonrakı dövründəki qidalanmağı çox mühümdür. Çünki büluğ çağı hüceyrələrin bölünüb, çoxaldığı son fürsətdir. Ona görə də bu yaşda olan uşaqlar proteinlə dolu qidalar yeməlidirlər. Qızların qidalanmasının əhəmiyyəti oğlanlardan daha çoxdur. Çünki onlar 9-13 yaş arası büluğa çatarlar. Ona görə də münasib yeməklərlə qidalanmalıdırlar.
 
Mütəxəssislər xəbərdar edir ki, yeməyinizdə olan proteinləri toyuq və balıqla məhdudlaşdırmayın, çünki bu sağlamlığınız üçün təhlükəlidir. Bu zaman dəmir çatışmamazlığı ilə üzləşə bilərsiniz. Çünki əgər qırmızı ət yeməsəniz, dəmirə olan ehtiyacınız təmin olunmaz. Həkimlərin nəzərinə görə dəmir çatışmamazlıqları qadınlar üçün xüsusiilə təhlükəlidir. Dəmir çatışmamazlıqları uşaqların qavrama səviyyəsini aşağı salar.
Ciyər, yaşıl tərəvəzlər, qırmızı ət sizin dəmirə olan ehtiyacınızı təmin edə bilər. Dəmir çatışmamazlığı ciddi bir xəstəlikdir və bu xəstəlik adi həyatınızı dəyişdirə bilər. İnsanın iş və fəaliyyətə heç bir meyli qalmaz.
Ona görə də yediyimiz yeməklərə diqqət edək və əlavə çəkilərimizi atmağa çalışaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...