Seks zamanı başınız ağrısa... - TƏHLÜKƏLİ ƏLAMƏT
Bəzən mətbuatdan “Seks zamanı iflic oldu, beyninə qan sızdı, öldü” tipli xəbərlər oxuyuruq. Bu, doğrudan da baş verə bilərmi? Ailem.az orqazm zamanı nadir yaşanan baş ağrılarından danışacaq.
Ciddiyə alın
Orqazm zamanı baş ağrısı yaşayanların sayı o qədər də az deyil. Baş ağrısı seks əsnasında, ya da orqazm ilə ortaya çıxa bilər. 10 dəqiqədən 1 saata qədər davam edə bilər. Başda və ənsədə hiss edilir. 20 ilə 30-35 yaşlarında tez-tez rast gəlinir. Kişilərdə daha çox olur. Çünki qadınlar kişilərə nisbətən daha az orqazm olurlar.
Orqazm baş ağrıları bəzən zərərsiz olduğu kimi, nadir hallarda ciddi təhlükəli vəziyyətlərə da yol açır. Belə ki, bəzən bu baş ağrılarının səbəbi beyinə qansızma da ola bilər. Buna subaraknoid qanama deyirlər. Subaraknoid qanama həyati təhlükə ehtiva edən haldır.
Beyin damarlarında doğuşdan var olan və ya yaşam boyunca ortaya çıxan zədə almış və zəif bölgələr orqazm anında təzyiq zamanı cırıla və həmin nahiyəyə qan sıza bilər. Bu da şiddətli ağrı ilə özünü göstərir. Beyində bomba partlamış kimi müşahidə edilən bu şiddətli ağrı bəzi hallarda qusma, iflic, özündən getmə, qıcolmalarla da ortaya çıxa bilir.
Orqazm əsnasında ilk dəfə çox şiddətli ağrı yaşayan adam bunu təcili vəziyyət olaraq qəbul etməlidir. Çünki bu, bir beyin qanamasına bağlı ola bilər.
Orqazm baş ağrısı üçün bunlara diqqət edin
Orqazm baş ağrısı elə ciddi səbəb olmadan da yaşanır. Xüsusilə miqren xəstələrində.
Orqazm baş ağrılarının altında potensial həyati təhlükə var.
"Başım onsuz da ağrılıdır, miqrenim də var" deyib ötürməyin. Miqren xəstələrində də subaraknoid qanama ola bilər.
Subaraknoid qanama yaşayanların 12% -i ilk saatlarda, 40% -i 1 ay içində həyatını itirir. Bu qanamaların təxminən 15%-i seks zamanı yaşanır. Subaraknoid qanama çox nadir hallarda görülür. 100 min adamdan 6-8 nəfərdə olur.
Odur ki, orqazm zamanı baş ağrınız olarsa, bunu həkimə deməkdən çəkinməyin.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 938 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 929 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 928 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 926 dəfə oxunub