Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Badımcan həm müalicəvi, həm də diyetik məhsuldur

Badımcan hələ 1500 il əvvəl əkilib-becərilməyə başlanılıb. IX əsrdə ərəblər onu Afrikaya aparıblar. Avropalılar badımcanla yalnız XV əsrdə tanış olmuş və XIX əsrdən başlayaraq daha geniş şəkildə əkilib-becərilib.

Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, badımcanın tərkibində olan kalsium ürəyin işini tənzimləyir, ürək-damar sistemi xəstəliklərində müalicəvi təsir göstərir. Tərkibində olan bioloji aktiv maddələr orqanizmdə mübadiləsini sürətləndirərək yağ və piylərin parçalanmasını tezləşdirir. Zəngin kimyəvi tərkibinə görə orqanizmdə turşu-qələvi tarazlığını, uzunmüddətli istifadə zamanı hətta su-duz mübadiləsini tənzimləyir. Həmin xüsusiyyətlərinə görə badımcan qəbizlik və podaqra kimi maddələr pozulmasıyla müşahidə olunan mədə-bağırsaq və qaraciyər xəstəliklərində geniş istifadə edilir. Həll olunmayan qidalı liflərlə zəngin olan badımcan bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir, xolesterinin səviyyəsini aşağı salır.

Badımcan qanın tərkibini və ürəyin fəaliyyətini yaxşılaşdırır, ateroskleroz və işemiya xəstəliyinin qarşısını alır. Onu əbəs yerə "uzunömürlülərin tərəvəzi" adlandırmırlar.

Badımcanın kalorisi az olduğuna görə diyetik məhsul, arıqlamaq istəyənlər üçün ən münasib tərəvəzdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...