Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xərçəngə qarşı 29 qida - SİYAHI

Xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsində meydana gəlir. Hər gün vücudumuzda (DNT-də) təqribən on min mutasiya prosesi getsə də, immun sistemimiz hər millisaniyədə vücudumuzu yoxlayır və xərçəng xəstəliyi törədə biləcək hüceyrələri məhv edir. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalması və digər toxumalara təsir etməsi nəticəsində yayılır.

Xərçəng xəstəliyini yaradan səbəblər...
Mynews.az deyerler.org-a istinadən bildirir ki, xərçəngin yaranmasının səbəbi hüceyrələrin bölünməsi zamanı DNT quruluşunun dəyişməsi və fərqli hüceyrələrin yaranmasıdır. Xərçəng xəstəliyini əmələ gətirən səbəblər:
- Rentgen şüaları, radioaktiv maddələrdən yayılan radiasiya və ultra-bənövşəyi şüalanma, qamma şüaları kimi "ionlaşdırıcı" şüalar xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Çünki bu radiasiya şüalarının təsiri altında olan toxumalarda əmələ gələn ionlar yüksək reaktivlik nəticəsində DNT zəncirlərini qopararaq mutasiyaya səbəb olurlar.
- Bəzi kimyəvi maddələrin mutasiya potensialı çoxdur. Bunlara əsasən siqaret dumanındakı çoxlu sayda maddələr, asbest, kömür və gips tozu, mikro silikat tozu daxildir.

Xərçəng xəstəliyinin müalicə üsulları
İlk öncə xərçəngə qarşı ən yaxşı mübarizə üsulu daxili immunitetdir. Belə ki, əgər immun sistemi zəifdirsə, ilk öncə bunun bərpası üçün çalışmaq lazımdır. Bu xəstəliyin müalicəsi onkoloji (onkologiya - xərçəng xəstəliyinin əmələ gəlməsi, səbəbləri, müalicəsi, xərçəngdən qorunma vasitələri ilə bağlı tibb bölməsidir) mütəxəssislər tərəfindən həyata keçirilir. Bunun 4 əsas növü var:
Cərrahiyyə - şiş olan toxumaları və ətrafında şiş yaranma təhlükəsi olan sağlam toxumaları kəsib götürmək. Bəzi vəziyyətlərdə şiş olan toxumaları cərrahiyyə əməliyyatı ilə götürmək mümkün olmur. Bu vəziyyətdə şüalanma və kimyaterapiya üsullarından istifadə edilir.
Şüalanma - Müəyyən miqdarda şüa tətbiq etməklə xərçəng hüceyrələrini məhv etmək.
Kimyaterapiya - xərçəng hüceyrələrini öldürmək üçün dərmanlardan istifadə edilməsi.
Alternativ tibb - immun sistemini gücləndirmək, elmi cəhətdən təsdiqlənməmiş üsullardan istifadə etmək.

Xərçəng xəstəliyindən qorunmaq üçün qidalandığımız məhsullara da diqqət etməliyik. Türkiyənin "Sabah" qəzeti xərçəng xəstəliyinin yaranmasına mane olan qidaların siyahısını açıqlayıb. Siyahıda gündəlik yediyimiz bir çox qidalar var.
 
Xərçəngin qarşı qidalar:
Alma
Nar
Qara üzüm
Böyürtkən
Qaragilə
Gilas
Qarpız
Qırmızı turp
Qırmızı bibər
Pomidor
Sarımsaq
Kök
Ananas
Günəbaxan tumu
Balıq
Qoz
Fındıq
Əncir
İspanaq
Balqabaq tumu
Çörəkotu
Ərik
Kələm
Düyü
Şaftalı
Soğan
Yaşıl çay
Yoğurt
Zeytun yağı

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...