Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnsan bədənində yatan viruslar oyananda... - FOTOLAR

Türkiyəli mütəxəssis xalq arasında gecə yanığı olaraq tanınan “zona” xətəliyi haqqında danışıb.

Virus yolu ilə yoluxan bir xəstəlik olan “zona” xəstəliyi müalicə olunduğu ilk 2-3 günü çox əhəmiyyətlidir. Bundan sonra aparılan müalicə xəstəliyin müalicəsinə o dərəcədə təsir göstərməz.

Batma, yanma və ağrı ilə başlayır…

“Zona” viruslarla insana yoluxan infeksion xəstəlikdir. Xalq arasında gecə yanığı olaraq da bilinir. Bədənimizin sağ və ya sol tərəfində olsa da ancaq bir tərəfdə daha çox bədənin gövdə və baş nahiyyəsində olmaqla hər yerdə müşahidə edilə bilər. Xəstəliyin yarandığı yerdə ilk olaraq batma, yanma hissi və ağrı olur. Daha sonra  qızartılar içi su dolu qabarcılara çevrilir. “Zona” səpkiləri sanki bir ip üzərinə düzülmüş kimidir.

Sinir sistemində yatan viruslar oyandığı zaman…

Bir insanın “zona” ola bilməsi üçün uşaqlıqda suçiçəyi keçirməsi lazımdır. Çünki “zona” ilə suçiçəyini yaradan mikrob eyni mikrobdur. Uşaqlıq vaxtlarında suçiçəyi keçirtdikdən sonra viruslar onurğamızın sağ və sol tərəfində yerləşən sinir hüceyrələrimizin köklərində yerləşir və yuxuya gedir.  Sonrakı illərdə bədənimizin müqaviməti aşağı düşəndə yenidən xəstəlik sinir hüceyrələrinin dərinliklərindən oyanaraq dəriyə qədər gəlib çatır. Xəstə həmin sinirin dağıldığı zaman əvvəlcə ağrı hiss etməyə başlayır. Daha sonra dəridə qızartılar və sulu yaralar görünməyə başlayır.

Üzüntü və Stress…

“Zona” xəstəliyi xüsusilə yaşlı və immun sistemi zəifləmiş insanlarda maşahidə edilməklə yanaşı, hər yaşda rast gəlinə bilər. Hamiləliyin son 3 ayında suçiçəyi keçirən anaların uşaqlarında “zona” xəstəliyi ola bilər. Və ya uşaq olan zaman suçiçəyi keçirənlər 10 yaşı tamam olmamış “zona” xəstəliyinə yaxalana bilər.

Keçici deyil…

“Zona” xəstəliyi sulu halda təmas edilərsə suçiçəyi çıxartmamış insanların suçiçəyi çıxartmasına səbəb ola bilər.

Ağrı bəzən insanda yanma və batma kimi hallarla müşahidə edilir. Qızartı yaranan bölgələrdə dəri quruyaraq tökülməyə başlayar. Bəzən ağırı kəsilsin deyə insanlar krem vurur, quruyan yaralar töküləndə kremin alergik rekasiya verdiyini düşünürlər. 10 gün ərzində qızartılar quruyaraq ağarmağa və yaxşılığa doğru sağalmağa başlayır. Lakin bəzən iz də qoyur. Unutmaq lazım deyil ki, “zona” xəstəlikləri sağalandan sonra da yarana bilər, hətta 1 ilə qədər davam edən ağrılı halları olur.

Müalicənin ilk 3 günü…

“Zona”lı xəsətəliklər tez bir bir zamanda müalicə olunmalıdır. Mütləq xəstənin gizlində olan hər hansı bir xəstəliynin olub-olmadığı araşdırılmalıdır. Əslində bu xəstəlik müalicə olunsa da olunmasa da 3 həftəyə sağalıb gedir. Lakin müalicənin ilk 2-3 günü çox dəyərlidir. Viruslara qarşı aparılan müalicələr daha sonra o dərəcədə təsirli olmur. Müalicə zamanı viruslara qarşı dərmanlar, B vitaminləri, sarğı, krem və ağırkəsicilərdən istifadə olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...