Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu vitaminin azlığı sonsuzluğa səbəb olur

D vitamininin azlığı yumurtalığın sağlamlığına və qorunmasına mənfi təsir edir.

Günəşli havada vaxt çox keçirirsiniz, yaxud heç günəşə çıxmırsınızsa, bu vitamin əksikliyini yaşayacaqsınız. Araşdırmalar nəticəsində məlum olub ki, D vitamininin azlığı yumurtalığın sağlamlığına və qorunmasına mənfi təsir edərək sonsuzluğa da yol açır.

Xüsusilə, yaşı 35-dən yuxarı olan xanımlarda D vitaminin azlığı daha çox özünü göstərir. Bundan əlavə, D vitamini qanımızda kalsiumu təmin edən əsas vitamindir.

Ürək və damar xəstəliklərinin əsas düşməni olan D vitamini bədəndə normadan az olduqda, sonsuzluğa səbəb olur.

D vitami çatışmazlığının qarşısını almaq üçün nə etməliyik?

Yediyimiz hər bir qida bədənimizə fərqli təsir edir. D vitaminini bədənimizdə bu qidalarla təmin etməliyik:

Balıq

Həm sağlam, həm də dadlı olan balığı həftədə ən az 3 dəfə yeməlisiniz. 

Kartof

Pürə halına salınmış kartofa bir az süd əlavə etsəniz, gündəlik D vitamini ehtiyacınızı qarşılayacaqsınız.

Göbələk

Ağ göbələk gündəlik D vitamini ehtiyacınızın 7%-ni qarşılayır.

Süd və süd məhsulları

Pendir və yağlı süd kalsium baxımından zəngindir.

Yumurta

B2 və protein baxımından çox zəngin olan yumurta gündəlik D vitamininə olan ehtiyacınızın 4%-ni qarşılayır. 

Lazım olan həkim müayinələrini aldıqdan sonra bu qidalardan istifadə edə bilərsiniz.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...