Kaliumla zəngin, ağrı azaldan, həzmə yardım edən - keşnişin faydaları
Keşnişi həm xam və həm də bişmiş halda istifadə etmək bağırsaqlar üçün çox faydalıdır. Bu dərman xasiyyətinə malik olan göyərti, həzm prosesini gücləndirər və bağırsaqları təhrik edər. Nəticədə iştahasızlıqla mübarizə aparar və bədəni vitaminlərlə təmin edər. Keşnişin tərkibində E, C, B, A vitaminləri, dəmir və kalium vardır.
O kəslər ki, çirkli su içdiyinə görə zəhərlənibdir, adətən keşnişin yardımı ilə həmin zəhərli maddələrdən xilas ola bilər. Keşnişin tərkibində olan kimyəvi maddələr zəhərli maddələri tutar və onları bağıqsaq vasitəsilə bədəndən çıxardar.
Mynews.az deyerler.org-a istinadən bildirir ki, keşnişi dəmləyib çay halında da içmək olar ki, tənəffüs yolları və süd verən analar üçün çox faydalıdır. Tədqiqatlar göstərmişdir ki, keşnişin tərkibində olan anti-oksidantlar xərçəng xəstəliyi ilə mübarizə aparar və xəstəliyə tutulma riskini azaldar.
Aparılan tədqiqatlar göstərmişdir ki, keşniş yağı depressiyanı və nigarançılığı aradan apara bilir. Həmçinin keşniş diabet xəstələri üçün faydalıdır. Əgər darçınla bir yerdə yeyilərsə, qanda olan şəkərin miqdarını azalda bilir.
Keşniş bədəni soyudar və ağızda olan pis iyi aparar.
Keşniş rahat yatmağa yardım edər.
Keşniş ağrıları azaldar və insana enerji verər.
Tərkibində anti-oksidant olduğu üçün yaraların tez sağalmasına səbəb olar.
Keşniş beyin fəaliyyətini yaxşılaşdırar və zehnin gücünü artırar
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 986 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 951 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 941 dəfə oxunub