Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qəlyan çəkməklə astma xəstəliyinə son qoyulacaq - Azərbaycanlı alimdən kəşf

Vanda alternativ tibbi üsullardan istifadə edərək xəstələri müalicə edən iranlı Süleyman Moeinzadfarroxzad nargilədən məqsədli istifadə edilərsə, astma xəsətliyinə son qoyula bilər deyir.

Mynews.az ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, İranda Tehran Universiteti Tibb Fakultəsi Fizika müalicə bölməsində təhsil alan Azərbaycan əsilli Süleyman Moeinzadfarroxzad “nargiləyə nanə, yağ və çuğundur suyu əlavə edilsə, bronxları açır” deyə bildirib.

Nargilənin alternativ tibb tarixində dərman kimi istifadə olunduğunu deyən Süleyman nargilənin içərisinə nanə, yağ və çuğundur suyu əlavə edilən zaman üzərində duman yaradan heç bir maddə buraxmadığını söyləyib. Nəfəs darlığı yaşayan astma-bronxit xəstələrinə nanə, çuğundur suyu və qırmızı alma suyu təklif edən Süleyman “asma xəstəliyi bronxların daralmasından dolayı boğazda problemin yaranmasıdır. Biz, ümumiyyətlə alternativ tibbdə asma xəstələrinə çuğundur suyu təklif edirik. Yazda isə qırmızı şirin alma suyunu tövsiyyə edirik. Bu xəstələrə həddən artıq fayda verməkdədir. Antibiotik təsiri göstərir, eyni zamanda boğazı açaraq səs tellərini rahatladır. Əgər nargilənin tarixi keçmişinə baxsaq, onu kəşf edən şəxsin dərman məqsədi ilə hazırladığının şahidi olarıq. Lakin zaman ərzində insanlar bundan pis məqsədlər üçün istifadə etməyə başlayıb. Bu da cəmiyyətə zərər verir, insanlarda başda xərçəng xəstəliyi olmaqla bir çox pis xəstəliklərin yaranmasına səbəb olur” deyə qeyd edib.

Azərbaycan əsilli həkimin nargilə ilə bağlı resepti:

Nargilənin dibinə nanə, yağ və çuğundur suyu tökürük. Lakin nargilənin üzərinə duman etsin deyə nəsə qoymuruq. Bunu gündə 1 saat olaraq xəstələrə tövsiyyə edirik. Yarım saat günorta yeməyindən əvvəl, yarım saat axşam dərin nəfəslə nargilə çəkilir. Nanə ilə çuğundur suyu boğazın yollarını və damarları açır. Dərin nəfəs aldığımız zaman  bronxlarımız genişlənir. Bronxların genişlənməsi hava deposunun çoxalması deməkdir. Hava deposu artdıqca nəfəs darlığımız da həll olunur.

Zeytun yağının dumanı insanlara zərər verməz…

Üzərlik otunun və zeytun yağının dumanının insan sağlamlığına zərər vermədiyini irəli sürən Süleyman fikirlərini bu cür davam etdirib:

“İnsanların əksəriyyəti siqaret çəkir. Siqaret çəknələr duman istəyir. Bu insanlara duman lazımdır.

Lakin üzərlik otunun və zeytun yağının yarpağının dumanı insanlara zərər verməz. Yəni Zeytun yağının dumanı ilə bir tütün kimi faydalanmaq olar. Bununla insanlar siqaret çəkməyi yavaş-yavaş azalda biləcək, həm də zərər görməyəcəklər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...