Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xoşbəxt olmaq istəyirsinizsə, bu qidalardan yeyin

Elə qidalar var ki, insanın ovqatına yaxşı təsir edir, əhval-ruhiyyəsini yüksəldir.

Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, tərkibində magnezium, çinko və omeqa 3 olan qidalar xosbəxtlik hormonu üçün vacibdir.

Həmin qidaların siyahısını təqdim edirik:

Banan- B6 vitamini ilə zəngin olan bu meyvə orqanizmdə serotonin və dopaminin sintezini artıra bilir.

Portağal suyu- psixoloji durumunuza müsbət təsir edən ən yaxşı içki C vitamini ilə zəngin portağal suyudur. Çünki bu vitamin beyin sinirlərinin balanslaşdırılmasına kömək olduğu kimi depressiya əlamətlərinin azalmasına da dəstək olur.

Qoz- əgər bir az çərəz yemək sizi xoşbəxt edəcəksə, qozu seçin. Çünki omeqa 3-lə zəngin olan qoz ovqatınızı düzəldəcək mühüm yağ turşularını özündə ehtiva edir.

Tərə və ispanaq- tərkibində bol miqdarda maqnezium olan bu göyərtiləri yeyərək orqanizmin stresslə mübarizəsinə yardımçı olacaqsınız. Çünki maqnezium sinir xəstəliklərinin ilk əlamətləri olan narahatlıq və əsəbiliyi aradan qaldırmağa kömək olur.

Balıq- omeqa 3 serotonin hormonunu artıraraq insanın özünün daha yaxşı hiss etməsini təmin edir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...