Qalxanvari vəzinin - 5 DÜŞMƏNİ
Qalxanvari vəzini orqanizmin "dirijoru" adlandırırlar. Bu kiçik kəpənəyə oxşayan orqan orqanizmin normal fəlaiyyətində həqiqətən ən vacib rollardan birini oynayır.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən qalxanvari vəzinin funksiyalarının pozulması bütün orqan və sistemlərini sıradan çıxardır - ürək-damar, sinir, mədə-bağırsaq, cinsiyyət sistemlərində, dəridə, insanın xarici görünüşündə ciddi pozulmalar yaranır.
Qalxanvari vəzi olduqca həssas orqandır və onun fəaliyyətinə bir çox amillər mənfi təsir edə blər. Sizə qalxanvari vəzinin əsas 5 düşməninin təqdim edirik. Bu düşmənləri tanıyın və orqanizminizin kiçik "dirijorunu" onlardan daim qoruyun.
1. Xroniki stress və yorğunluq. Bu iki amil qalxanvari vəzini güclü yükləmələrlə işləməyə vadar edir ki, nəticədə orqanın fəaliyyəti pozula bilər.
2. Radiasiya və buna bənzən şüalanma. Bu qalxanvari vəzi xəstəliklərinin əsas səbəblərindən biridir.
3. Siqaret çəkmək. Bir çox elmi araşdırmalar göstərir ki, siqaretlərin tüstüsündə olan ziyanlı maddələr qalxanvari vəzinin hüceyrələrinə mənfi təsir edir. Mütəxəssislər sübut edir ki, siqaret çəkən insanlarda qalxanvari vəzi xəstəliklərinə tutulmaq riski bu ziyanlı vərdişi olmayanlarla müqayisədə 2 dəfə çoxdur.
4. Yodun orqanizmə az və ya çox miqdarda daxil olunması. Qalxanvari vəzinin normal fəaliyyəti üçün yod olduqca vacibdir. Yod vəzinin hormonlarının istehsalında iştirak edir. Bu səbəbdən bu mineralın orqanizmdə az və ya əksinə çox olması qalxanvari vəzinin fəaliyyətini pozur.
Həkimin təyini olmadan yod preparatlarını, tərkibində yod olan antiseptik vasitələri istifadə etmək olmaz. Xüsusilə də bu uşaqlara aiddir. Bəzən "qayğıkeş" valideynlər uşaqlara "profilaktik" məqsədlərlə yod preparatlarını verir, uşaqların boğazını yod əlavə olunmuş su ilə qarqara edir, lüqolla silirlər. Bu qəti şəkildə yolverilməzdir və uşaqda qalxanvari vəzinin funksiyalarının pozulmasına gətirib çıxarda bilər.
5. Bəzi dərmanların nəzarətsiz qəbulu (xüsusilə hormonlar, mübadilə proseslərini sürətləndirən arıqlamaq üçün preparatlar).
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 958 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 917 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 908 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 905 dəfə oxunub