Çox sadə üsulla orqanizminizi zərərli maddələrdən xilas edin - FAYDALI MƏSLƏHƏT
Orqanizmin normal fəaliyyəti üçün onu toksinlərdən qorumaq, daxili orqanları vaxtaşırı zərərli maddələrdən təmizləmək vacib şərtlərdən biridir. Qədim zamanlardan bu günə kimi orqanizmin təmizlənməsi üçün xalq təbabətində bir sıra üsullar mövcuddur.
Dünyaca məşhur olan loğmanlar və təbiblər müxtəlif cövhərlərdən, dəmləmələrdən, içkilərdən istifadə etməyi tövsiyə ediblər. Ən başlıcası isə tövsiyyə olunan vasitələrin təbii qida məhsillarından ibarət olmasıdır.
Mynews.az modern.az-a istinadən bildirir ki, alma, limon qabığı və zəncəfildən hazırlanan içkinin mücbət təsiri elə ilk gün müşahidə olunur. Bu möcüzəvi içki orqanizmi toksinlərdən tam təmizləməyə qadirdir. Onu hazırlamaq üçün aşağıdakılar lazımdır:
1. 1 ədəd limonun qabığı
2. 3-4 ədəd orta ölçülü alma
3. Uzunluğu 2-3 sm. olan təzə zəncəfil
Qeyd olunan məhsullar əvvəlcə xırda-xırda doğranılır, sonra hamısı birgə blenderdə qarışdırılır. Alınan kütlə süzülür. Beləliklə möcüzəvi içki istifadə üçün hazır olur.
Alma, limon qabığı və zəncəfildən hazırlanan bu möcüzəvi içki bütün orqanları toksinlərdən tam təmizləməklə yanaşı həm də orqanizmə aşağıdakı müsbət təsirləri də göstərir:
Orqanizmin immun sistemi güclənərək xəstəliklərə qarşı müqaviməti artır,
İtirilmiş enerji bərpa olunur,
Orqanizmin vitaminlərə olan tələbatının bir qismi ödənilir,
Həzm sisteminin fəaliyyəti yaxşılaşır,
Qan dövranı normallaşır.
Bu möcüzəvi içkini səhərlər acqarnına içmək tövsiyə edilir. Onun səhərlər boş mədəyə qəbul edilməsi effektini ikiqat artırmış olur.
Bu içkidən istifadə etməzdən qabaq həkimlə məsləhətləşməyi unutmayın.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1007 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 966 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 956 dəfə oxunub