Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hər gün 1 qaşıq alma sirkəsi içmənin 5 faydası

1. Alma sirkəsi qələvi bir məhluldur

Başqa bir sözlə desək, bədənin turşusunu azaltmaq üçün idealdır və sağlamlıq üçün çox faydalıdır.
Həmçinin, 1 yemək qaşığı alma sirkəsi içmək xərçəng kimi ciddi xəstəlikləri əngəlləməyə köməkçi olur.

2. Diabetə qarşı kömək olur
Milli.Az deyerler.org-a istinadən bildirir ki, sirkədəki asetik turşu, kompleks karbonhidratların həzmini önləyərək qandakı şəkər miqdarını azaltmağa köməkçi olur.
1 yemək qaşığı alma sirkəsi içmək, karbonhidratların bölünməsindən məsul fermentləri təsirsiz hala gətirir.
Beləcə, qanda qlükoza artımına və şəkər meydana gəlməsinə maneə törədilir.

3. Ürək damar xəstəliklərindən qoruyar
Alma sirkəsi yüksək miqdarda xlorogen turşu ehtiva edər. Bu komponent, pis xolestrolun (LDL) meydana gəlməsinə maneə törədərək ürək və damar sağlamlığını qoruyur.
Əgər həkiminiz, xolestrol səviyyənizin yüksək olduğunu söyləyirsə, yağlı yeməkləri qida rasionunuzdan çıxarın və hər gün bir yemək qaşığı alma sirkəsi içməyi sınayın.

4. Bağırsaq florasını yeniləyir
Bəzən ya da xroniki bir problem olaraq qəbizlikdən şikayətiniz var? Bu halda, 1 yemək qaşığı alma sirkəsi içmək, qəbizliyi önlədiyini bilməlisiniz.

5. Böyrəkləri təmizləyər
Böyrək iltihabı ya da böyrək daşı probleminiz varmı? Elə isə, səhərlər 1 yemək qaşığı alma sirkəsi içməyi sınayın.

Eyni zamanda həkiminizin tövsiyəsinə əməl etməyi unutmayın və bol miqdarda su için. Meyvə şirəsi içmək istəyirsinizsə, şəkərsiz olduğundan əmin olun.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...