Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu ədviyatlar xərçəngin qarşısını alır

Aparılan araşdırmalar, nəticəsində məlum olub ki, ədviyyatlar döş xərçənginin böyüməsinə və yayılmasına mane oldur. Mynews.az türk mətbuatına istinadən xəbər verir ki, elm adamları, istiot kimi acı qidaların şişlərin böyüməsinə və yayılmasına mane olduğunu bildiriblər.

Son günlərdə tez-tez rast gəlinən döş xərçənginin yeganə müalicə üsulunun kemoterapiya olduğunu deyən mütəxxəsislər, hesab edirlər ki, bol-bol ədviyat qəbul etmək xəstəliyin qarşısını alsa da, xəstəliyi aradan qaldırmır. Almaniya universitetlərinin tədqiqatçıları hüceyrələr üzərində bir sıra testlər tətbiq edib. Bibər qəbul etməyin bu hüceyrələrdə bəzi reaksiyalara səbəb olduğunu açıqlayan tədqiqatçılar bibərin tərkibində olan acı maddələrin xəstəliyin inkişafını zəiflətdiyini, eyni zamanda orqanizmə yayılmasının qarşısını aldığını bildiriblər. Acı bibərin əzələ və oynaq ağrılarına da kömək etdiyi deyilir. Onu da qeyd edək ki, aparılan araşdırılmalarda məlum olub ki, tək döş xərçəngində deyil, bibərin tərkibində olan bəzi xüsusi maddələr digər xərçəng hüceyrələri ilə də mübarizədə kömək edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...