Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİQQƏT! - Bu yaşdan sonra ata olmaq təhlükəlidir

Keyfiyyətsiz sperma xəstə uşaq riskini artırır

Uşaq sahibi olmaq üçün təhlükəli yaş həddi açıqlandı. İstiPress-in məlumatına görə, Amerika alimləri müəyyən ediblər ki, yaşı çox olan kişidən alınan sperma vasitəsilə əmələ gələn embrion ləng inkişaf edir. Repreduktiv sağlamlıq haqqında hesabata istinadən məlumat yayan “Daily Mail” qeyd edib ki, Boston elmi araşdırmalar mərkəzinin müəxəssisləri bu nəticəyə gəliblər.

Onların sözlərinə görə, 50 yaşdan yuxarı olan kişilərin doğulmamış körpələrində inkişaf geriliyi 35 yaşla müqayisədə 35 faiz daha çoxdur.

Mütəxəssislər müəyyən ediblər ki, yaş artdıca sperma mutasiyaya uğrayır, eləcə də hüceyrədə xromososm sayının anormalaşmasına meyilli olur. Bu da sağlamlıq problemləri olan uşaqların doğulmasına yol aça bilər.

Bu nəticələri əldə etmək üçün tibb işçiləri 25-55 yaşları olan 7 qrupun üzərində araşdırma aparıblar. Nəticədə yuxarıda qeyd edilən hər iki problemə daha çox yaşı 55 və çox olan kişilərdə rast gəlinib. Gənc yaşlarda  87,7% olan mayalanma göstəriciləri də yaş artıqca 46 faizə kimi düşüb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...