Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Limonu dörd yerə böl, duzla, yatağının yanına qoy - səhər möcüzə olacaq - VİDEO

Limon və duz... İkisi də sağlamlığımız üçün faydalıdır. Limonun qoxusu insan ruhunu təravətləndirir. Bu qoxunun orqanizmimizə xeyrini də öyrənək. Yatarkən yatağınızın yanına limon qoyun. Və sağlamlığınızı qorumaq üçün növbəti addımı atın!

Limonu çaya, suya, salata, müxtəlif yeməklərə əlavə edərək ağız dadınıza xidmət etmisiniz. Amma yatarkən yatağımızın yanına limon qoymağı ağlagəlməz hesab edirsiniz. Lakin, belə deyil. Bir limon götürün. Onu dörd yerə bölün və üstünə duz səpin. Kiçik dolabın üstünə qoyun və yatın. “Yuxuda ikən duzlu limonun nə xeyri var”- deyə soruşmaq istəyənlər, bu da sizə cavablar:

1. Gərginliyinizi azaldır. –Stress əksər insanların problemidir. Pisixi gərginliyi olanlar yuxusuzluqdan da əziyyət çəkir. Yataqda o üzə-bu üzə çevrilməklə gecəni yola salır. Dolabın üstündəki duzlu limon gərginliyinizi azaldacaq və tezliklə şirin yuxuya gedəcəksiniz.

2. Diqqətinizi toplamağa kömək edir.- Yatmazdan qabaq nəyə qarşı diqqətcil olmalıyıq?-deyə düşünürsünüzsə, buyurun. Psixi gərginliyiniz varsa, yuxuya gedə bilmirsinizsə diqqətinizi xoş bir hadisəni xatırlamağa yönəldin. O xoş xatirə ilə də yuxuya gedin. Və bunun üçün yenə ən yaxşı köməkçiniz duzlu limonun qoxusudur.

3. Tənəffüs sistemini təmizləyir. – Yatmaq istədiyinizdə bir də burnunuz tutulursa, əsl problemdir. Yenə limon qoxusu köməyə çatır. Antioksidan və antibakterial xüsusiyyətlərə malik limon nəfəs almanızı asanlaşdırır.

4. Böcəkləri uzaqlaşdırır.- Səhərə qədər ağcaqanad vızıltısı eşidirsiniz? Ya da ağcaqanadlar daim dişləyərək sizi yatmağa qoymur? Yenə köməyinizə duzlu limon gələcək. Ağcaqanadlar limonun qoxusunu sevmir. Yanınızda limon varkən gecə boyu otağınızda sizdən başqı canlı olmayacaqdır.

5. Günə enerji ilə başlamağa kömək edir.- Yuxudan səhər ertə oyanmaq əksər insanlara çətin gəlir. Lakin duzlu limonun qoxusu bu dəfə də sadiq köməkçinizdir. Limon qoxusu beyində seretonin səviyyəsini artırır. Rahatca günə enerji ilə başlaya bilərsiniz.

6. Ciyərlərinizə çəkdiyiniz havanı təravətləndirir.- Təzə təmirdən çıxan evdə divar boyasının qoxusundan narahat olursunuz? Dolabınızın üstündəki duzlu limon sizi bütün əlavə qoxulardan azad edəcək və təravətli nəfəslə yuxuya gedəcəksiniz.

7. Qan təzyiqini azaldır.- Günümüzdə qan təzyiqindən əziyyət çəkən insanlar çoxdur. Yatağınızın yanındakı duzlu limon gecə boyu qan təzyiqinizin normal olmasına da xidmət edir

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...