Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

Müntəzəm olaraq çoxlu miqdarda pendir qəbul etmək sidik kisəsində xərçəng əmələ gətirə bilər.

Alimlər qeyd edirlər ki, gündə 53 qramdan artıq pendir yeyənlərdə risk 50%-dən artıqdır.

Bundan başqa, gündəlik olaraq zeytun yağının qəbul edilməsi xərçəng riskini yarıbayarı azaldır. Tədqiqatın nəticələri alimlərə pəhriz yağlarının xərçəngə necə təsir etdiyini bir daha sübut edib..

Böyük Britaniyada bu xəstəlikdən ildə 10 min insan ölür. Siqaret çəkənlər arasında isə ölüm səviyyəsi 2 dəfə artıqdır. Zərərli kimyəvi maddələrlə iş şəraiti və təkrar infeksiyalar bu göstəricini bir qədər də artırır.

Alimlər bu xəstəlikdən əziyyət çəkən 200 nəfər pendir yeməyi sevəni 386 könüllü sağlamla müqayisə ediblər. Nəticələr göstərib ki, gündəlik qida rasionunda pendirin miqdarı 53 qramdan çox olmadığı halda mənfi təsir müşahidə edilmir.

Qərb ölkələrində bu xəstəliyə daha çox rast gəlinir. Aralıq dənizi ölkələrində zeytun yağı və digər bitki yağlarına üstünlük verildiyi üçün sidik kisəsində xərçəng xəstəliyi daha az müşahidə edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...