Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xərçəngi hərəkətə gətirən ən təhlükəli məhsul

Təəssüf ki, tibbin köməyi ilə xərçəng probleminin kökünü birdəfəlik kəsmək mümkün deyil. Çarəsi hələ də tapılmadığı üçün xərçəng ölümcül xəstəliklərin siyahısına daxil edilir. Bununla belə xəstəliyin qarşısını almağa kömək edə bilən üsullar var.

Publika.az oxucuları xəstəliyin yaranma riskini azalda biləcək məlumatlarla tanış olmağı tövsiyə edir.

Amerika Klinikasının Onkologiya Cəmiyyətinin mütəxəssisləri “Journal of Clinical Oncology” tibb jurnalına çıxış edərək bildirib ki, hətta azca alkoqol qəbulu onkoloji risk artıran amildir. Odur ki, alkoqolun istehlakını maksimum azaltmaq, yaxud da ondan ümumiyyətlə imtina etmək lazımdır.

Alimlər əmindir ki, hətta cüzi miqdarda spirtli içki qəbulu qida borusu, qaraciyər, süd vəzi, yoğun bağırsaq və qırtlaq xərçənginə tutulmaq ehtimanı artırır.

Aparılan araşdırmalara görə, insanlar alkoqolun təsirini orqanizmdə çox qiymətləndirmirlər, odur ki, əhalinin problem barədə məlumatlandırılması məqsədi ilə müxtəlif tədbirlər keçirilməsi nəzərdə tutulub.

Statistika göstərir ki, 2012-ci ildən başlayaraq, dünyada yeni xərçəng növlərinin 5,5% -i, onkoloji xəstəliklərdən ölüm hallarının isə 5,8% -i spirtli içki ilə bağlı olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...